Vəzifə öhdəlikləri:
- Laboratoriya cihazlarını analiz prosesinə hazır vəziyyətə gətirməli, cihaz və avadanlıqlara qulluq etməli, vaxtlı-vaxtında təmizləməli;
- Kimyəvi məhlulları hazırlamalı, prosedura uyğun fiziki-kimyəvi analizləri aparmalı;
- Analiz nəticələrinin sənədləşdirilməsini düzgün, qaydalara uyğun şəkildə həyata keçirməli.
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Kimya,fizika ixtisası üzrə təhsilinin olması arzuolunandır;
- Müvafiq vəzifə üzrə minimum 6 ay iş təcrübəsi;
- Azərbaycan dili biliyi səlis;
- MS Office proqramlarını yaxşı səviyyədə bilmək;
- Yüksək səviyyədə ünsiyyət və idarəetmə bacarığı.
Digər məlumatlar:
- İş yeri: Daşkəsən rayonu
- Tam və ya növbəli iş rejimi;
- Servislə təmin olunma;
- Nahar yeməyi ilə təmin olunma;
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Laborant” qeyd etməklə və minimum əməkhaqqı tələbini göstərməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.