Vəzifə öhdəlikləri:
- Dəmir filiz sahəsinin ümumi fəaliyyətinin təşkilində və onun işinin əlaqələndirilməsində iştirak etmək;
- Sahə rəisi tərəfindən bölmələrə verilən tapşırıqların icrasını nəzarətdə saxlamaq və vaxtaşırı onu məlumatlandırmaq;
- Nəzarətində olan işlərin gedişatı və nəticələri barədə tələb olunduqda və mütəmadi olaraq rəisə hesabat və məlumatlar təqdim etmək;
- Sahə rəisinin rəsmi yazışmalarını təşkil etmək, daxil olan və göndərilən yazışmalarını nəzarətdə saxlamaq;
- Müvafiq sahədə prioritetlərinin formalaşdırılmasında, layihələrin işlənilib hazırlanmasında iştirak etmək və aidiyyəti təkliflər hazırlamaq;
- Dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq;
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Ali təhsil;
- Əla səviyyədə Azərbaycan dili biliyi, yaxşı səviyyədə ingilis dili və rus dili biliyi;
- Microsoft Office proqramları üzrə kompüter biliyi;
Digər məlumatlar:
- İş yeri: Daşkəsən şəhəri
- 5 günlük iş rejimi (bazar ertəsi – cümə)
- İş vaxtı: 08:00 – 17:00
- Servislə təmin olunma;
- Nahar yeməyi ilə təmin olunma;
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Sahə rəisinin köməkçisi” qeyd etməklə və minimum əmək haqqı tələbini göstərməklə Müraciət et düyməsində qeyd olunan elekton poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.