İş şəraiti
- İş yeri: Feyzulla Gasimzade 47 D
- Əmək haqqı: Müsahibə əsasında ( əmək haqqı + bonus sistemi)
Əsas vəzifələr:
- Şirkətə daxil olan məhsul/təklif sorğularına uyğun olaraq müxtəlif distributorlardan qiymət təklifləri toplamaq;
- Qiymət təkliflərini müqayisə edib analiz etmək və rəhbərliyə təqdim etmək;
- Distributorlarla mütəmadi əlaqə saxlamaq və münasibətləri idarə etmək;
- Bazar araşdırmaları aparmaq və alternativ təchizatçıları müəyyən etmək;
- Qiymət siyahılarını və təklif sənədlərini arxivləşdirmək və sistemə daxil etmək;
- Satınalma departamenti və satış komandası ilə koordinasiyalı işləmək.
Tələblər:
- Ali təhsil (iqtisadiyyat, idarəetmə, logistika və s. sahələr üzrə üstünlükdür);
- Minimum 1-2 il IT satış sahədə iş təcrübəsi (satınalma, satış dəstəyi və ya logistika üzrə);
- Distributorlarla ünsiyyət qurma bacarığı və bazar analizi təcrübəsi;
- MS Office proqramları ilə yaxşı işləmə bacarığı (xüsusilə Excel və Outlook);
- Dəqiqlik, məsuliyyətlilik və analitik düşüncə qabiliyyəti;
- Komanda ilə işləmə bacarığı və təşəbbüskarlıq.
Əlavə üstünlüklər:
- ERP sistemləri (məsələn, 1C, SAP və ya digər satınalma proqramları) ilə işləmə bacarığı;
- Azərbaycan sərbəst danışıq (ingilis dili və rus dilləri üstünlükdür);
- Ticarət sahəsində distribusiya mexanizmləri ilə tanışlıq.
Uyğun namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçtuna “Satınalma üzrə Mütəxəssis” başlığı ilə göndərməyiniz xahiş olunur.