DataLead Consulting komandamıza məlumatların təhlili və Business Intelligence (BI) istiqamətində inkişaf etmək istəyən Junior BI Developer / Data Analyst axtarır.
Namizədə tələblər:
- İnformasiya texnologiyaları, kompüter elmləri, riyaziyyat və ya əlaqəli sahələr üzrə ali təhsil (son kurs tələbələri də müraciət edə bilərlər);
- SQL üzrə ilkin biliklər (SELECT, JOIN, GROUP BY və s.);
- Verilənlər bazaları və məlumatların strukturu haqqında baza anlayışları;
- Microsoft Excel ilə işləmə bacarığı;
- Məlumatların təhlili və vizuallaşdırılmasına maraq;
- Analitik və məntiqi düşünmə qabiliyyəti;
- Yeni texnologiyaları öyrənmək və müstəqil araşdırma aparmaq bacarığı;
- İngilis dilində texniki sənədləri oxuyub anlamaq bacarığı;
- Komanda ilə işləmək və effektiv kommunikasiya bacarıqları.
Üstünlük hesab olunacaq:
- Power BI, Tableau və ya digər BI platformaları ilə ilkin tanışlıq;
- Python üzrə baza biliklər;
- ETL/ELT prosesləri haqqında ilkin anlayış;
- Data Warehouse və Data Modeling konsepsiyaları ilə tanışlıq;
- Şəxsi layihələr, universitet layihələri və ya GitHub portfeli.
Əsas vəzifə öhdəlikləri:
- Məlumatların toplanması, təmizlənməsi və təhlilində iştirak etmək;
- BI hesabatlarının və interaktiv dashboardların hazırlanmasına dəstək vermək;
- SQL sorğularının yazılması və optimallaşdırılmasında iştirak etmək;
- Məlumat mənbələrinin inteqrasiyası və transformasiyası proseslərində iştirak etmək;
- Biznes tələblərinin analitik həllərə çevrilməsində komandaya dəstək göstərmək;
- Yeni analitika və vizuallaşdırma texnologiyalarını mənimsəmək.
Biz nə təklif edirik?
- Təcrübəli mütəxəssislərin mentorluğu ilə peşəkar inkişaf;
- Müasir BI və Data Analytics texnologiyalarını praktiki öyrənmək imkanı;
- Real korporativ layihələrdə iştirak;
- Beynəlxalq texnologiyalar və platformalar üzrə ixtisaslaşma perspektivi;
- Peşəkar və inkişaf yönümlü komanda mühiti;
- Karyera yüksəlişi imkanları.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.