İnsan Resursları Əməliyyatları üzrə Aparıcı Mütəxəssis

  • Истекает 21 август 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Böyüyən komandamıza İnsan Resursları Əməliyyatları üzrə Aparıcı Mütəxəssis axtarırıq. Əgər HR əməliyyatları, əmək qanunvericiliyi və sənəd dövriyyəsi sahəsində təcrübəniz varsa, sizi komandamızda görməkdən məmnun olarıq.

Vəzifə öhdəlikləri:

  • İşçilərin işə qəbul, vəzifə dəyişikliyi və işdən çıxış proseslərini icra etmək;
  • Əmək müqavilələri hazırlamaq və rəsmiləşdirmək;
  • ƏMAS sistemi üzərindən əməliyyatları həyata keçirmək;
  • Şəxsi iş qovluqlarını formalaşdırmaq və sənəd dövriyyəsini idarə etmək;
  • Məzuniyyət, ezamiyyət, davamiyyət və digər HR əməliyyatlarını izləmək;
  • Daxili əmrləri, arayışları və HR sənədlərini hazırlamaq;
  • Dövlət qurumları ilə bağlı sorğuları cavablandırmaq;
  • HR hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • İntizam tənbehlərinin qanunvericiliyə uyğun rəsmiləşdirilməsini icra etmək;
  • Əmək qanunvericiliyindəki yenilikləri izləmək və tətbiq etmək.

Tələblər:

  • İnsan Resursları sahəsində minimum 3 il iş təcrübəsi;
  • Əmək Məcəlləsi və HR əməliyyatları üzrə biliklər;
  • ƏMAS sistemi ilə işləmə təcrübəsi;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Analitik düşüncə və yüksək kommunikasiya bacarığı;
  • Məsuliyyətli, detallara diqqətli və operativ olmaq.

Biz təklif edirik:

  • Nahar və servis ilə təminat;
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
  • 5 günlük tam iş qrafiki;
  • Korporativ mobil nömrə.

Müraciət üçün CV-nizi “İnsan Resursları Əməliyyatları üzrə Aparıcı Mütəxəssis” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

  • Daily0
  • Weekly467
  • Monthly2144