Maddi Vəsaitlər üzrə Aparıcı Mütəxəssis

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Maddi Vəsaitlər üzrə Aparıcı Mütəxəssis

  • Истекает 4 июль 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Decoliv komandası maddi vəsaitlərin uçotu və idarə olunması proseslərini effektiv şəkildə həyata keçirəcək Maddi Vəsaitlər üzrə Aparıcı Mütəxəssis axtarır.

Vəzifə öhdəlikləri

  • Əsas vəsaitlərin, inventarların və digər maddi aktivlərin uçotunu aparmaq;
  • Maddi vəsaitlərin qəbulu, qeydiyyatı, yerdəyişməsi və silinməsi proseslərini idarə etmək;
  • İnventar kodlaşdırılması və barkodlaşdırılmasını həyata keçirmək;
  • Əsas vəsaitlər üzrə amortizasiya hesablamalarına nəzarət etmək;
  • İnventarizasiya proseslərini planlaşdırmaq, təşkil etmək və nəticələrini təhlil etmək;
  • Maddi məsul şəxslər arasında təhvil-təslim proseslərini həyata keçirmək;
  • Yeni mağaza və obyektlərin açılışı zamanı əsas vəsaitlərin uçotunu və təhvil verilməsi proseslərini koordinasiya etmək;
  • Müvafiq hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Mühasibatlıq, logistika, satınalma və digər aidiyyəti şöbələrlə əməkdaşlıq etmək;
  • İş proseslərinin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək və tətbiqini dəstəkləmək.

Tələblər

  • Maliyyə, Mühasibatlıq, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsilə malik olmaq;
  • Əsas vəsaitlərin və inventar uçotunun aparılması sahəsində minimum 3 il iş təcrübəsinə malik olmaq;
  • Mühasibat uçotu və əsas vəsaitlərin idarə olunması üzrə biliklərə sahib olmaq;
  • MS Excel proqramında yüksək səviyyədə işləmək bacarığına malik olmaq;
  • ERP və ya digər uçot sistemləri ilə işləmək təcrübəsinə malik olmaq;
  • Analitik düşüncə və problem həll etmə bacarıqlarına sahib olmaq;
  • Diqqətli, məsuliyyətli və nəticəyönümlü olmaq.

Təklif edirik

  • Nahar və servis ilə təminat;
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
  • 5 günlük tam iş qrafiki;
  • Korporativ mobil nömrə.

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Maddi Vəsaitlər üzrə Aparıcı Mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily19
  • Weekly589
  • Monthly589