Pərakəndə sektorunda fəaliyyət göstərən Decoliv yeni açılacaq mağazalar üçün məsuliyyətli və komandada işləmə bacarığı olan əməkdaşlar axtarır.
Vəzifə öhdəlikləri:
- Yeni mağazaların açılış və fəaliyyətə hazır vəziyyətə gətirilməsi prosesində iştirak etmək;
- Mağaza açılışı ilə bağlı avadanlıq, inventar və məhsulların düzgün və vaxtında yerləşdirilməsinə dəstək vermək;
- Satış zalı, anbar və kassaların açılış standartlarına uyğun hazırlanmasını təmin etmək;
- Ticarət avadanlıqlarının (rəflər, kassalar və s.) quraşdırılması və yoxlanmasında iştirak etmək;
- Məhsulların düzülüşü (merçendayzinq) və ilkin stok nəzarətinə dəstək göstərmək;
- Verilən gündəlik tapşırıqları vaxtında və dəqiq icra etmək;
- Şirkətdaxili qayda və prosedurlara əməl etmək.
Tələblər:
- Təhsil: Orta təhsil;
- Təcrübə: Mağaza, anbar və ya satış sahəsində minimum 1 il iş təcrübəsi;
- Fiziki iş görmək bacarığı;
- Məsuliyyətlilik və intizamlılıq;
- Komandada işləmə və tapşırıqları vaxtında yerinə yetirmə bacarığı.
Təklif Edirik:
- 6 günlük iş rejim
- Karyerada inkişaf imkanı
- Rəqabətə davamlı əmək haqqı
- Nahar təminat
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Açılış qrupu əməkdaşı" yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.