Böyüyən Decoliv satış komandamıza dinamik və nəticəyönümlü Satış əməliyyatları üzrə Bölgə Müdiri axtarırıq.
Vəzifə öhdəlikləri:
- Təyin olunmuş bölgə üzrə satış strategiyası hazırlamaq və icra etmək;
- Satış hədəflərinin yerinə yetirilməsini təmin etmək;
- Satış komandasını idarə etmək;
- Müştəri bazasını genişləndirmək və mövcud müştərilərlə əlaqələri gücləndirmək;
- Bazar araşdırmasını aparmaq və rəqibləri təhlil etmək;
- Satış hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək.
Tələblər:
- Ali təhsil (Biznesin idarə olunması, Marketinq və ya əlaqəli sahə üstünlükdür);
- Satış sahəsində minimum 3-5 il təcrübə;
- Komanda idarəetmə bacarığı;
- Analitik düşünmə və strateji planlaşdırma qabiliyyəti;
- Güclü ünsiyyət və danışıqlar aparma bacarığı;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Sürücülük vəsiqəsi (B kateqoriyası).
Şəxsi keyfiyyətlər:
- Liderlik və təşəbbüskarlıq
- Nəticəyönümlülük
- Stressə davamlılıq
- Məsuliyyətlilik
Təklif edirik:
- Rəqabətli əmək haqqı + bonus sistemi
- Korporativ mobil nömrə və nəqliyyat xərclərinin qarşılanması
- Karyera yüksəlişi imkanı
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satış əməliyyatları üzrə Bölgə Müdiri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.