Decoliv mağazalar şəbəkəsinə təcrübəli satış məsləhətçiləri axtarırıq!
Əsas Vəzifələr:
- Müştəriyə məhsullar barədə dolğun məlumat vermək;
- Satış prosesini icra etmək və məmnuniyyəti təmin etmək;
- Aktiv şəkildə ünsiyyət qurmaq və satış hədəflərinə çatmaq;
- Vitrinlərin səliqəli və düzgün düzülüşünə nəzarət etmək.
Tələblər:
- Satış sahəsində minimum 6 ay təcrübə (arzuolunandır)
- Ünsiyyət və təqdimetmə bacarığı
- Komandada işləmək və məsuliyyət daşımaq bacarığı
- Azərbaycan dilində sərbəst danışıq
- Pozitiv və müştəriyönümlü yanaşma
Təklif Edirik:
- Rəqabətədavamlı maaş və bonus (500 AZN nett+bonus+nahar)
- Karyera yüksəlişi və təlim imkanları
- Növbəli iş qrafiki
Müraciət etmək üçün CV-lərinizi mövzu hissəsinə "satış məsləhətçisi" qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərsiniz.