Decoliv Decoliv
  • 242

Decoliv

Dizayn , Biznes

Tədarük zənciri bölmə müdiri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Tədarük zənciri bölmə müdiri

  • Deadline 16 Fevral 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Tədarük zənciri proseslərinin (sifarişlərin planlanması, çatdırılma, stok hərəkətləri) ümumi idarə olunmasını və optimallaşdırılmasını təmin etmək;
  • Tədarük zənciri komandası üçün gündəlik fəaliyyətlərin koordinasiyası və nəzarətini həyata keçirmək;
  • Sifarişlərin statusunun izlənilməsi, gecikmə və risklərin vaxtında müəyyən olunması;
  • Müvafiq hesabatların hazırlanması, analiz edilməsi və rəhbərliyə təqdim edilməsi;
  • Struktura təyin edilən hədəflərin tətbiqini və izlənilməsini həyata keçirmək;
  • Gələn malların sənədlərinin (qaimə, sifariş forması və s.) düzgünlüyünə nəzarət etmək;
  • Stok səviyyələrinin effektiv idarə olunmasını, sistemə daxil edilən məlumatların dəqiqliyini təmin etmək;
  • Təchizatçılar və daxili şöbələrlə (satış, maliyyə, anbar) sıx əməkdaşlıq etmək;
  • Proseslərin təkmilləşdirilməsi və xərclərin optimallaşdırılması üzrə təkliflər vermək;

Namizədə tələblər:

  • Ali təhsil (logistika, tədarük zənciri, iqtisadiyyat və ya əlaqəli sahə üstünlükdür);
  • Tədarük zənciri, logistika və ya planlama sahəsində minimum 3–5 il iş təcrübəsi;
  • Rəhbər və ya koordinator vəzifəsində təcrübə üstünlükdür;
  • MS Excel və ERP sistemləri üzrə yaxşı səviyyədə biliklər (hesabat və analiz bacarığı);
  • Analitik düşüncə, detallara diqqət və yüksək məsuliyyət hissi;
  • Komanda idarəetmə və qərarvermə bacarığı;
  • Stressə davamlılıq və nəticəyönümlü yanaşma.

Biz nə təklif edirik:

  • Peşəkar və dinamik iş mühiti;
  • Əmək bazarına uyğun rəqabətədavamlı əmək haqqı;
  • Korporativ mobil nömrə;
  • 5 günlük tam iş qrafiki;
  • Nahar və servis ilə təmin edilmə.

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Tədarük zənciri bölmə müdiri” adını mövzu hissəsində qeyd etməklə CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily9
  • Weekly636
  • Monthly1423