Hazırda Azərbaycandakı komandamızı genişləndiririk və komandamıza qoşulacaq Satış Meneceri axtarırıq.
Vəzifə öhdəlikləri
- Restoran və kafelərlə görüşlərin təşkili və keçirilməsi;
- Yeni müştərilərin cəlb edilməsi;
- Delever platformasının təqdimatı və məhsul haqqında məlumatın verilməsi;
- Müştərilərlə danışıqların aparılması və müqavilələrin bağlanması;
- Mövcud müştərilərlə əlaqələrin qorunması və inkişaf etdirilməsi;
- Satış planının yerinə yetirilməsi;
- CRM sistemində məlumatların qeyd edilməsi və gündəlik hesabatların hazırlanması.
Tələblər
- Restoran sahəsində minimum 1 il iş təcrübəsi (administrator, menecer, satış nümayəndəsi və ya oxşar vəzifədə);
- Satış sahəsində işləmək həvəsi və nəticəyönümlü yanaşma;
- Yüksək ünsiyyət və təqdimat bacarıqları;
- Məsuliyyətli və operativ olmaq;
- Azərbaycan dilini sərbəst bilmək, rus dili biliyi üstünlükdür;
- Şəxsi avtomobilin olması üstünlük hesab olunur.
Biz nə təklif edirik?
- Əmək haqqı: 500 AZN fix + 500 AZN KPI;
- Satış nəticələrinə görə əlavə bonus qazanmaq imkanı;
- Rəsmi əmək müqaviləsi;
- İş üçün lazım olan bütün alətlər;
- Gənc və dinamik kollektiv;
- Karyera inkişafı və beynəlxalq şirkətdə işləmək imkanı.
İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00–18:00
İş yeri: Bakı
Vakansiyanın platformanızda yerləşdirilməsi üçün əməkdaşlıq və ödəniş şərtlərini, həmçinin tərəfimizdən əlavə olaraq hansı məlumat və sənədlərin təqdim edilməli olduğunu bildirməyinizi xahiş edirik.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.