Deluxe Park Qusar komandasına qoşulacaq, öz işinin peşəkarı olan İsti bölüm Aşpazı axtarırıq!
Vəzifə öhdəlikləri:
- İsti yeməklərin menyuya və müəyyən olunmuş standartlara, resepturaya uyğun hazırlanması
- Məhsulların keyfiyyətinə, təravətliliyinə və saxlanma qaydalarına nəzarət edilməsi
- Mətbəxdə gigiyena, sanitar-gigiyenik normativlərə və təhlükəsizlik qaydalarına dəqiq əməl olunması
- Təqdim olunan sifarişlərin vaxtında və estetik görünüşdə hazırlanmasının təmin edilməsi
- Mətbəx avadanlıqlarından düzgün və səliqəli istifadə olunması
Tələblər:
- Müvafiq sahə üzrə (xüsusilə otel/restoran sferasında) iş təcrübəsi
- İsti yeməklərin hazırlanması texnikasını mükəmməl bilmək
- Kollektivdə işləmək bacarığı, məsuliyyətlilik və çeviklik
- Stressə davamlılıq və gərgin iş rejimində işləmək bacarığı
Təkliflərimiz:
- Gün ərzində 3 dəfə
- Uzaq ərazidən gələn əməkdaşlar üçün otel ərazisində qalma yeri
- Qusar mərkəzindən iş yerinə servis
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində "İsti bölüm aşpazı" və əməkhaqqı gözləntilərini qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər