İş yeri: Qusar rayonu
Vəzifə öhdəlikləri:
- İşə qəbul proseslərinin təşkili və icrası
- CV-lərin dəyərləndirilməsi və müsahibələrin keçirilməsi
- İşçilərin işə qəbulu, vəzifə dəyişiklikləri və işdən çıxarılması proseslərinin idarə olunması
- Əmək müqavilələrinin hazırlanması və elektron sistemlərdə qeydiyyatı
- Əmək haqqı hesablamalarının (payroll) aparılması
- Davamiyyətin izlənməsi və hesabatların hazırlanması
- Məzuniyyət, ezamiyyət və digər HR əməliyyatlarının idarə olunması
- İşçi sənədlərinin düzgün və sistemli şəkildə saxlanılması
- Əmək qanunvericiliyində dəyişikliklərin izlənməsi və tətbiqi
- HR hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması
Tələblər:
- Ali təhsil (İnsan Resursları, Biznesin İdarəedilməsi və ya əlaqəli sahələr üzrə üstünlükdür)
- İnsan Resursları sahəsində minimum 2 il iş təcrübəsi
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini yaxşı səviyyədə bilmək
- Payroll və HR əməliyyatları üzrə praktiki təcrübə
- MS Office proqramlarında, xüsusilə Excel üzrə yaxşı biliklər
- Ünsiyyət, təşkilatçılıq və analitik düşünmə bacarığı
Şirkət tərəfindən təklif olunur:
- Rəqabətli əmək haqqı
- Stabil və peşəkar iş mühiti
- Regionda işləmək imkanı
- Nahar və yaşayış şirkət tərəfindən təmin edilir
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.