Mühasib

  • Истекает 22 ноябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Deluxe Park Qusar Hotel & Resort komandasına Mühasib vəzifəsi üçün təcrübəli namizəd axtarır.

Vəzifə öhdəlikləri:

  • Gündəlik mühasibat əməliyyatlarının aparılması və ilkin sənədlərin yoxlanılması
  • Kassa və bank əməliyyatlarına nəzarət
  • Təchizatçılarla hesablaşmaların və ödənişlərin izlənməsi
  • Anbar və mal-material uçotunun aparılması
  • Əmək haqqının hesablanmasında iştirak
  • Vergi və statistik hesabatların vaxtında hazırlanıb təqdim edilməsi
  • Aylıq və illik maliyyə hesabatlarının hazırlanması
  • Otelin gəlir və xərclərinin təhlilində rəhbərliyə dəstək

Namizədə tələblər:

  • Ali təhsil (iqtisadiyyat, mühasibat uçotu və ya maliyyə üzrə)
  • Mühasibatlıq sahəsində ən azı 2 il iş təcrübəsi
  • Azərbaycan Respublikasının Vergi Məcəlləsi və mühasibat uçotu qanunvericiliyini bilməsi
  • 1C proqramında və MS Excel-də sərbəst işləmə bacarığı
  • E-taxes portalı ilə işləmə təcrübəsi
  • Diqqətli, məsuliyyətli və dəqiq işləmə qabiliyyəti
  • Otel sahəsində iş təcrübəsi üstünlükdür

İş şəraiti:

  • İş yeri: Qusar şəhəri
  • İş qrafiki: tam iş günü
  • Yaşayış yeri şirkət tərəfindən təmin edilir
  • Gündə 3 dəfə qidalanma təmin olunur
  • Əmək haqqı müsahibə əsasında müəyyən edilir

Maraqlanan namizədlər CV-lərini və əmək haqqı gözləntilərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində “Mühasib” qeyd olunmalıdır.

Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily116
  • Weekly448
  • Monthly1866