Əsas vəzifələr
- Xarici istehsalçı və təchizatçıların araşdırılması və qiymətləndirilməsi;
- Qiymət, ödəniş, istehsal və çatdırılma şərtləri üzrə danışıqların aparılması;
- Təkliflərin texniki və kommersiya baxımından müqayisəsi;
- Sifarişlərin, müqavilələrin və ödəniş sənədlərinin hazırlanması;
- İstehsal, qablaşdırma və göndəriş proseslərinə nəzarət;
- Quru, hava və dəniz daşımalarının təşkili;
- Yük sənədlərinin yoxlanılması və tam maya dəyərinin hesablanması;
- Gömrük brokerləri, daşıyıcılar və anbarla koordinasiyanın təmin edilməsi;
- Yükün təchizatçıdan şirkətin anbarına qəbulunadək bütün prosesin idarə olunması.
Namizədə tələblər
- Xarici satınalma və logistika sahəsində minimum 5 il praktiki təcrübə;
- İngilis və rus dilində sərbəst yazışma və danışıqlar aparmaq bacarığı;
- Satınalma, idxal, logistika və gömrük prosesləri üzrə praktiki bilik;
- Güclü danışıqlar və analitik düşünmə bacarığı;
- MS Excel və ERP proqramlarında işləmək bacarığı;
- Məsuliyyətlilik və eyni vaxtda bir neçə sifarişi idarə etmək qabiliyyəti.
İş şəraiti
- İş qrafiki: həftədə 6 gün 09:30-18:00 (şənbə günü qısa iş günü)
- Əmək haqqı: 2000 AZN + premiya
- Ərazi: 28 may
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Fotosuz CV-lərə baxılmır