İş barədə məlumat:
- Stomatoloji həkimə gündəlik prosedurlarda operativ köməklik göstərmək
- Pasiyentlərin qəbul üçün hazırlanması və rahatlığının təmin edilməsi
- Prosedurlar zamanı tələb olunan alət və materialların vaxtında təqdim edilməsi
- Sterilizasiya və dezinfeksiya proseslərinin düzgün şəkildə icrası
- Kabinetin prosedurdan əvvəl və sonra hazırlanması, səliqə-sahman
- Gündəlik qeydiyyat və sənədləşmə işlərinin aparılması
- Klinikanın daxili qaydalarına uyğun olaraq iş prosesinin təşkili
- Pasiyentlərlə nəzakətli, peşəkar və aydın danışıq; prosedur öncəsi və sonrası qısa izahların verilməsi
- Pasiyentlərin suallarına düzgün cavablandırılması və yönləndirilməsi
Namizədə tələblər:
- Xanım namizəd
- Tibbi təhsil
- Stomatoloji sahədə minimum 1 il iş təcrübəsi (mütləqdir)
- Stomatoloji alətlər, materiallar və sterilizasiya qaydaları üzrə bilik
- Pasiyentlərlə ünsiyyət qurmaq bacarığı, səlis və aydın danışıq
- Məsuliyyətli, diqqətli və operativ olmaq
- Stressli situasiyalara uyğunlaşa bilmək
- Komanda ilə işləmə bacarığı
- Səliqəli görünüş və düzgün nitq mədəniyyəti
- İş qrafikinə və daxili qaydalara ciddi riayət etmək
- Rus dilini bilməsi üstünlük sayılır.
Əmək haqqı invidual olaraq namizədə uyğun təyin olunur.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.