İş barədə məlumat:
- Həkim-dermatoveneroloq tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika,diaqnostika və müalicə metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərir.Həkim təyinatının yerinə yetirilməsini təmin edir.
- Müvafiq qaydalara və standartlara uyğun olaraq diaqnozu müəyyən etmək.
- Ona tabe olan orta və kiçik tibb heyətinin işinə nəzarət etmək
- Xəstələrin və yaxınlarının suallarını nəzakətlə cavablandırmaq
- Pasiyentin vəziyyətindən asılı olaraq müalicə planına dəyişiklik etmək və əlavə müayinə metodlarının zəruriliyini müəyyən etmək
- Tibbi sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini icra etmək
- Müəssisə rəhbərliyinin tapşırıqlarını peşəkar səviyyədə və vaxtında icra etmək. Öz işini planlaşdıraraq, fəaliyyətinin göstəricilərini təhlil etmək
- Qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi istiqamət üzrə təkmilləşdirmə kurslarında iştirak edir, mütəmadi olaraq öz ixtisasını artırır, müəyyən olunmuş qaydada sertifikasiyadan keçir
- Sanitar-gigiyena normalarını bilmək və əməl etmək.
Əsas tələblər:
- Təhsil: Ali tibbi təhsil və müvafiq sahə üzrə sertifikasiya (mütləq)
- Azərbaycan və rus dilində bilmək
- Vəzifəsinə uyğun olaraq Ali tibbi təhsili olmalı və sertifikasiyadan keçməlidir (mütləq)
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
İş şərtləri:
- İş qrafiki: 6 günlük iş rejimi, 1 gün istirahət
- Əmək haqqı: razılaşma yolu ilə
- Sınaq müddəti: 3 ay
- Ərazi: Bakı
Cv formasında şəkil olması mütləqdir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Həkim-dermatoveneroloq” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur