Hörmətli müəllimlər!
Yeni bir təlim proqramı üzərində işləyirik
Hazırda komandamıza müəllim-metodist axtarırıq. Bu şəxs yeni təlim metodikasının hazırlanmasında və təlim prosesinin formalaşdırılmasında bizimlə birgə çalışacaq.
Bu, sadəcə dərs keçmək deyil — bizimlə birlikdə öyrənmək, sınamaq və təlim prosesini inkişaf etdirmək imkanıdır.
Namizədə dair tələblər:
- Yaş: 20–40
- Axtardığımız xüsusiyyətlər:
- Tədrisə maraq və səbirli yanaşma
- Yaradıcılığa və yeniliklərə açıq olmaq
- Fikrini aydın ifadə etmək və komanda işi bacarığı
- Uşaqlarla işləməyə maraq və məsuliyyətli yanaşma
Tələb olunan ixtisas:
- Məktəbəqədər təlim və tərbiyə
- İbtidai sinif müəllimliyi
- Namizədin qeyd olunan sahələr üzrə təhsili və ya müvafiq iş təcrübəsi olmalıdır.
Biz nə təklif edirik:
- Təlim və istiqamətləndirmə
- Komanda ilə sıx əməkdaşlıq
- Tədris metodikasının formalaşmasında iştirak imkanı
- Əmək haqqı razılaşma əsasında
İş qrafiki:
- Həftənin iş günləri: I–V günlər
- İş saatları: 09:00 – 18:00
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.