SATINALMA VƏ TƏCHİZAT ÜZRƏ MÜTƏXƏSSİS

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

SATINALMA VƏ TƏCHİZAT ÜZRƏ MÜTƏXƏSSİS

  • Истекает 28 октябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

SATINALMA VƏ TƏCHİZAT ÜZRƏ MÜTƏXƏSSİS

 

Komandamız genişlənir! Müxtəlif korporativ müştərilərin inşaat, texniki və təsərrüfat malları üzrə təchizatını həyata keçirən şirkətimizə məsuliyyətli və çevik Satınalma və Təchizat üzrə Mütəxəssis axtarırıq.

 

⚠️ VACİB QEYD: İş modelimiz çoxsaylı korporativ müştərilərin müxtəlif məhsul tələblərinin eyni vaxtda idarə olunmasını nəzərdə tutur. Bu səbəbdən namizədin B2B təchizat / supply şirkətində satınalma və

ya təchizat üzrə iş təcrübəsinin olması əsas tələbdir.

 

ƏSAS TƏLƏBLƏR

  • Minimum 1 il B2B təchizat / supply şirkətində satınalma və ya təchizat üzrə iş təcrübəsi;
  • Eyni vaxtda müxtəlif müştərilərin fərqli məhsul tələbləri ilə işləmə təcrübəsi;
  • Təchizatçıların axtarılması, qiymətlərin toplanması və müqayisəsi;
  • Təchizatçılarla qiymət, endirim və ödəniş şərtləri üzrə danışıqlar aparmaq bacarığı;
  • Sifarişlərin təqibi və vaxtında çatdırılmasına nəzarət;
  • MS Office, xüsusilə Excel proqramında sərbəst işləmək;
  • Azərbaycan dilində səlis danışıq və yazı;
  • Rus və ya İngilis dili biliyi üstünlükdür;
  • Operativ, diqqətli və məsuliyyətli olmaq.

 

ÜSTÜNLÜK VERİLƏCƏK

  • İnşaat materialları və texniki avadanlıqlar üzrə təchizat təcrübəsi;
  • Geniş yerli təchizatçı bazası;
  • İnşaat, təsərrüfat və texniki məhsulların qiymətləri barədə bazar məlumatı;
  • Çoxsaylı məhsul kateqoriyaları ilə işləmək təcrübəsi.

 

VƏZİFƏ ÖHDƏLİKLƏRİ

  • Korporativ müştərilərdən daxil olan məhsul tələblərinin araşdırılması;
  • Müxtəlif kateqoriyalar üzrə uyğun təchizatçıların tapılması;
  • Hər məhsul üzrə minimum 2–3 təchizatçıdan qiymət alınması və müqayisəsi;
  • Qiymət və kommersiya şərtləri üzrə danışıqların aparılması;
  • Sifarişlərin yerləşdirilməsi və icrasının izlənilməsi;
  • Məhsulun keyfiyyəti, sayı, qiyməti və çatdırılma müddətinə nəzarət;
  • Alternativ məhsul və təchizatçıların araşdırılması;
  • Anbar və digər şöbələrlə koordinasiya;
  • Satınalma ilə bağlı hesabat və sənədləşmənin aparılması.

 

İŞ ŞƏRAİTİ

Məkan: Bakı, Əhməd Rəcəbli

İş qrafiki: 5 günlük iş həftəsi, 09:00–18:00

Maaş: Təcrübə və bacarığa uyğun olaraq müsahibə zamanı razılaşdırılır

İş üçün korporativ nömrə təqdim olunur

 

CV göndərərkən mövzu hissəsində “Satınalma və Təchizat üzrə Mütəxəssis” qeyd etməyiniz xahiş olunur.

 

  • Daily2
  • Weekly235
  • Monthly1655