DEVABİ platformasının mağazalar arasında tanıdılması, potensial mağazaların müəyyən edilməsi və yeni tərəfdaşların platformaya cəlb olunması üçün Satış Təqdimat Meneceri axtarılır.
Vəzifə öhdəlikləri
- Potensial tərəfdaş ola biləcək mağazaları müəyyən etmək və yeni mağazalarla əlaqə yaratmaq;
- Mağazalara yerində səfərlər həyata keçirmək, mağaza rəhbərlərinə və məsul şəxslərə DEVABİ platformasının məqsədini, üstünlüklərini və funksiyalarını təqdim etmək;
- Potensial mağaza tərəfdaşları ilə danışıqlar aparmaq və onları DEVABİ platformasından istifadəyə cəlb etmək;
- DEVABİ panelinin mağazada uyğun iş cihazına quraşdırılmasını, qeydiyyatını və aktivləşdirilməsini təmin etmək;
- Mağazada məsul əməkdaşa paneldən istifadə qaydalarını izah etmək, ilkin praktiki təlim və dəstək göstərmək;
- Platformaya qoşulmuş mağazaların paneldən faktiki istifadə vəziyyətini izləmək və mağaza əməkdaşları ilə davamlı əlaqə saxlamaq;
- Mağazalara aylıq kampaniyalar və platformadakı yeniliklər barədə məlumat vermək;
- Hər bir mağaza üzrə aylıq satış dövriyyəsini izləmək, dəyişiklikləri təhlil etmək və rəhbərliyə məlumat təqdim etmək;
- Mağazalara edilən səfərlərin, görüşlərin, təqdimatların və yeni qoşulan tərəfdaşların uçotunu aparmaq;
- Həftəlik və aylıq satış hədəflərinin icrasını təmin etmək və nəticələr barədə İcraçı Direktora hesabat vermək.
Tələblər
- Ali təhsil tələb olunur;
- Satış, müştəri xidməti və ya sahə işi üzrə təcrübə arzuolunandır; Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı;
- Mağazalara səfər etməyə və sahədə aktiv işləməyə hazır olmaq;
- Kompüterdən və MS Office proqramlarından istifadə bacarığı;
- Panelin quraşdırılması və istifadəsinin izahı üçün zəruri ilkin texniki bacarıqlar; Məsuliyyətli, nəticəyönümlü, operativ və komandada işləmək bacarığı.
İş barədə məlumat
- Əməkhaqqı: 500 manat başlanğıc (artan əmək haqqı)
- Nahar şirkət tərəfindən qarşılanır.
- Korporativ nömrə şirkət tərəfindən qarşılanır.
- İş görüşmələri ilə bağlı nəqliyyat xərci şirkət tərəfindən qarşılanır.
- İş saatı: 09:00–18:00;
- İş yeri: RST Global Business Center; Birbaşa tabeçilik: İcraçı direktor.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini “Müraciət et” düyməsində qeyd olunan elektron ünvana göndərə bilərlər.
Əlaqə +994 99 888 60 61