“Dez Control” MMC komandamıza Sürücü-dezinfektor vəzifəsi üzrə əməkdaş axtarır!
Vəzifə öhdəlikləri:
- Müəssisələrdə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin həyata keçirilməsi;
- İş sahələrinə vaxtında və təhlükəsiz şəkildə çatmaq;
- Dezinfeksiya vasitələri və avadanlıqlarından təlimatlara uyğun istifadə etmək;
- Təhlükəsizlik və sanitariya qaydalarına riayət etmək;
- Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
Namizədə tələblər:
- Müvafiq sürücülük vəsiqəsinin olması;
- Avtomobil idarəetmə təcrübəsi;
- Məsuliyyətli, intizamlı və diqqətli olmaq;
- Dezinfeksiya sahəsində təcrübənin olması arzuolunandır;
- Şəxsi avtomobilinin olması üstünlükdür;
- Şəhərdənkənar ezamiyyətlərə getmək.
İş şəraiti:
- İş qrafiki: Bazar ertəsi – cümə, 09:00–18:00
- İstirahət günləri: Şənbə və bazar
Aylıq əməkhaqqı:
- Şəxsi avtomobili olan namizəd üçün — 800 AZN
- Şəxsi avtomobili olmayan namizəd üçün — 600 AZN
Ezamiyyət: Bakı şəhərindən kənarda yerləşən müəssisələrə iş səfərləri nəzərdə tutulur.
Müraciət üçün: +994 50 559 38 78
Dez Control MMC — komandamıza qoşulun!