DH Neft Servis Tikinti QSC DH Neft Servis Tikinti QSC
  • 224

DH Neft Servis Tikinti QSC

Integrated Oil & Gas

Hüquqşünas

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Hüquqşünas

  • Истекает 26 декабрь 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə öhdəlikləri:

  • Hüquqi sənədlərin və müqavilələrin hazırlanması, təhlili, hüquqi rəyin verilməsi, razılaşdırılması və rəsmiləşdirilmiş müqavilələrin qeydiyyatının aparılması;
  • Şirkətin fəaliyyətinə tətbiq olunan qanunvericilik, onlara edilmiş əlavə və dəyişikliklərin və ya onların ləğv olunması barədə işçilərin məlumatlandırılması, eyni zamanda qanunun tətbiqi üzrə işlərin aparılması;
  • Şirkətin dövlət orqanları, məhkəmələr və digər qurumlar qarşısında təmsil olunması, şirkətin qanuni maraqlarının hüquqi müdafiəsi;
  • İdarəetmə orqanlarının iclas protokollarının və şirkətdaxili normativ sənədlərin hazırlanması, onlara əlavə və dəyişikliklərin aparılması və hüquqi uyğunluğunun təmin edilməsi;
  • Şirkətin işçilərinə cari qanunvericilik haqqında, habelə təşkilati-hüquqi və başqa hüquqi məsələlərlə bağlı məsləhətlərin verilməsi;
  • Hüquqi risklərin qiymətləndirilməsi və onların aradan qaldırılması üzrə təkliflərin hazırlanması.

Tələblər:

  • Hüquq üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Qanunvericiliklə işləmə bacarığı və güclü analitik düşüncə;
  • Kompüter bilikləri, ofis proqramlarında və SAP-də çalışma bacarığı;
  • Azərbaycan dilində səlis yazılı və şifahi ifadə qabiliyyəti;
  • Xarici dil bilikləri, ingilis dili və rus dili;
  • Məsuliyyətli, diqqətli və komandada işləmə bacarığı.

Maraqlanan namizədlər CV-lərini “Hüquqşunas” başlığı ilə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily110
  • Weekly329
  • Monthly1966