Şirkətimiz peşəkar və məsuliyyətli Baş mühasib axtarır.
Vəzifə öhdəlikləri:
- Mühasibat uçotunun qanunvericiliyə uyğun təşkil edilməsi və idarə olunması;
- Vergi, maliyyə və statistik hesabatların hazırlanması və təqdim edilməsi;
- Əməkhaqqı, vergi və digər məcburi ödənişlərin hesablanmasına nəzarət;
- Bank əməliyyatlarının, debitor və kreditor borclarının uçotunun aparılması;
- Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması;
- Mühasibat sənədlərinin düzgünlüyünə və vaxtında işlənməsinə nəzarət;
- Vergi orqanları və digər dövlət qurumları ilə yazışmaların və zəruri prosedurların həyata keçirilməsi;
- Mühasibatlıq proseslərinin təkmilləşdirilməsi və maliyyə intizamının təmin edilməsi.
Namizədə tələblər:
- Mühasibatlıq sahəsində minimum 3–5 il iş təcrübəsi;
- Baş mühasib vəzifəsində iş təcrübəsi
- İstehsal sahəsində təcrübə üstünlükdür
- Azərbaycan Respublikasının vergi və mühasibat uçotu qanunvericiliyini yaxşı bilmək;
- 1C ( 8.3) və MS Office proqramlarında, xüsusilə Excel-də yaxşı işləmək;
- Analitik düşüncə və yüksək məsuliyyətlilik;
- Komandada işləmək və rəhbərlik etmək bacarığı;
- Azərbaycan dili biliyi; rus və ingilis dili əlavə üstünlükdür.
İş şəraiti:
- İş qrafiki: 6 günlük iş həftəsi;
- Şənbə qısa iş günü
- İş yeri: Bakı, Ak.Həsən Əliyev 493
- Əmək haqqı: 2500 Azn (net)
- Rəsmi əmək müqaviləsi;
- Peşəkar inkişaf və karyera imkanları.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.