İşə götürən: Diamed-Co MMC (zavod)
Namizədə tələblər:
- Ali təhsil
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi və əmək qanunvericiliyinin əsaslarını bilməli, perfomansın idarə olunması, sənədləşmə və yazışma işləri, İnsan Resursları üzrə təminat proqramları.
- İnsan Resursları sahəsində ən azı 3 il peşəkar iş təcrübəsi.
- MS Office proqramları (Word, Excel, PowerPoint) üzrə biliklər.
- Səlis Azərbaycan, rus və ingilis dili bacarığı üstünlükdür.
- Komanda da işin təşkili, hesabat tərtib etmə, şifahi və yazılı ünsiyyət qurmaq bacarığı, danışıqaparma qabiliyyəti.
Vəzifə öhdəlikləri:
- ƏMAS və E-Gov sistemlərində əməliyyatların icra edilməsi;
- Kadrlarla bağlı məşğulluq və digər orqanlara müvafiq hesabatların hazırlanaraq təqdim edilməsi;
- Məzuniyyət təqviminin hazırlanması və onun monitorinqi;
- Aylıq, rüblük, yarımillik və illik hesabatların hazırlanması;
- Vakansiyalar ilə bağlı iş elanlarının yerləşdirilməsi, müsahibələrin keçirilməsi;
- İşçilərin işə qəbulu, işdən çıxarılması, bir vəzifədən başqa vəzifəyə keçirilməsi ilə bağlı sənədlərin əmək qanunvericiliyinə, nizamnamə və təlimatlara əsasən tərtib edilməsi;
- Namizədlər bazasının yaradılması;
- Ştat cədvəlini və vakant iş yerləri haqqında məlumatları hazırlamaq və aidiyyatı üzrə təqdim etmək;
- İşçilərin məzuniyyətlərinin verilməsinin qeydiyyatının aparılması, məzuniyyətdən vaxtında, tərtib edildiyi halda qrafiq üzrə istifadə edilməsinə nəzarət edilməsi;
- Əmək müqaviləsi üzrə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi, onların pozulmasına yol verilməməsi;
- Birbaşa rəhbərinin konkret tapşırıq və sərəncamların yerinə yetirilməsi;
İş şəraiti:
- Həftənin tam iş günü
- Bazar qeyri iş günü
- Əmək haqqı razılaşma yolu ilə
- Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun sənədləşmə
- İş yeri: Gənclik
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.