Tələblər:
- Tibbi sahə üzrə baza bilikləri və bu istiqamətdə öyrənməyə maraq
- Ünsiyyət qurma, məlumatı dəqiq və inandırıcı təqdim etmə bacarığı
- Fikirlərini aydın ifadə etmək və həkimlərlə düzgün əməkdaşlıq münasibəti qurmaq
- Aktiv, məsuliyyətli, nəticəyə fokuslanan iş yanaşması
- Planlama, vaxtın idarə olunması və müstəqil qərar vermə bacarığı
Vəzifələr:
- Həkimlərlə peşəkar əməkdaşlıq əlaqələri qurmaq və inkişaf etdirmək
- Şirkətin məhsullarını düzgün, detallı və inandırıcı şəkildə təqdim etmək
- Tibbi məhsullar(zavod istehsalı şpric və serumlar) barədə həkimlərə və tibb müəssisələrinə apteklərə aktual və dəqiq məlumat çatdırmaq
- Gündəlik və həftəlik fəaliyyət planlarını həyata keçirmək
- Görülən işlərlə bağlı hesabatlar hazırlamaq və nəticələri analiz etmək
- Bazarın tələblərini izləmək, rəqib məhsulları analiz etmək və şirkətə geribildirim vermək
Təklif edirik:
- Stabil əməkhaqqı + motivasiyaedici bonus sistemi
CV-nizi Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına Tibbi nümayəndə yazıb göndərməyiniz xahiş olunur.