Komandamıza məsuliyyətli, öyrənməyə həvəsli və inkişaf yönümlü Kiçik Marketinq Mütəxəssisi axtarırıq.
Vəzifə öhdəlikləri:
- Verilən layihələr üzrə tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi;
- Marketinq hesabatlarının hazırlanmasına və nəticələrin izlənilməsinə dəstək;
- Komanda ilə koordinasiyalı şəkildə işləmək;
- Rəhbərlik tərəfindən verilən digər marketinq tapşırıqlarını icra etmək.
Tələblər:
- Marketinq ixtisası üzrə ali təhsil almaq
- Və ya marketinq sahəsində minimum 6 ay iş təcrübəsinə malik olmaq;
- Marketinq sahəsində inkişaf etməyə həvəsli olmaq;
- Məsuliyyətli, diqqətli və operativ olmaq;
- Güclü ünsiyyət və komanda ilə işləmək bacarığı.
İş şəraiti:
- İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00–18:00;
- Əməkhaqqı: 500-700 AZN (namizədin bilik və bacarıqlarına əsasən artırıla bilər).
- Qeyd: namizəd 1 aylıq ödənişli sınaq mərhələsindən sonra işə götürüləcək.
- Peşəkar və inkişaf yönümlü iş mühiti;
- Karyera yüksəlişi və öyrənmə imkanı.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.