Karyera qurmaq və peşəkar komandaya qoşulmaq istəyənlər üçün əla imkan, aşağıda qeyd edilən vakansiyalar üzrə əməkdaşlar axtarırıq!
Aktiv vakansiyalarımız:
- Backend Developer (Middle / Senior) Java, Spring, Spring Boot
- Frontend Developer (Middle / Senior) React, JavaScript, HTML, CSS
Sizdən gözləntilərimiz:
- 3 ildən artıq peşəkar təcrübə və bacarıqlar
- Qeyd edilən texnologiyalar üzrə güclü biliklər
- Real mühitdə istifadə olunan sistemlərin dizaynı, saxlanılması və optimallaşdırılması
- Yüksək keyfiyyətli və dəstəklənə bilən kod yazmaq bacarığı
- Performans, təhlükəsizlik və miqyaslana bilmə (scalability) anlayışına malik olmaq
- Komandalarla (product, dizayn, engineering) əməkdaşlıq
- Məsuliyyət və qərarvermə bacarığı
Vəzifə Öhdəlikləri:
- Sistemin əsas komponentlərini dizayn etmək və reallaşdırmaq
- Arxitektura və texniki qərarların qəbulunda iştirak etmək
- Kod keyfiyyətini, performansı və etibarlılığı artırmaq
- Code review-larda iştirak etmək və daha az təcrübəli mühəndislərə mentorluq etmək
- Real istifadəçi ehtiyaclarına fokuslanan həllər yaratmaq
Niyə Bizə Qoşulmalısınız:
- Uzunmüddətli, real layihələrdə iştirak etmək imkanı
- Mühəndislik keyfiyyətinə və məsuliyyətə dəyər verən komandada çalışma
- Texniki istiqamət və məhsul inkişafına təsir etmək imkanı
- Karyera artımı perspektivi və biliklərin sürətli inkişafı
İş şəraiti:
- İş yeri: Badamdar qəsəbəsi
- İş qrafiki: Həftə içi 5 gün, 09:00 – 18:00
Əmək haqqı:
- Frontend Developer (Middle / Senior) üzrə 2000-4000 AZN
- Backend Developer (Middle / Senior) üzrə 3000-6000 AZN
Uyğun namizədlər CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.