Vəzifə öhdəlikləri:
- Müştərilərdən daxil olan ödənişlərin və pul vəsaitlərinin qəbulu və rəsmiləşdirilməsi;
- Daxil olan vəsaitlərin düzgünlüyünü yoxlamaq və mövcud qaydalara uyğun əməliyyatların icrasını təmin etmək;
- Gündəlik satışlar və qəbul olunmuş ödənişlər üzrə müvafiq maliyyə sənədlərinin hazırlanması;
- Nağd vəsaitlərin təhlükəsiz şəraitdə saxlanması və müəyyən olunmuş qaydada səlahiyyətli şəxsə təhvil verilməsini təşkil etmək.
- Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməyə köməklik göstərmək.
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları həyata keçirmək.
İş şərtlərimiz:
- İş qrafiki: Həftədə 1 gün istirahət;
- Ödənişsiz təlimlər;
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
Tələblər:
- Təhsil: Ali və ya orta
- Satış qabiliyyəti olmalı (Mükəmməl ünsiyyət və təqdimat bacarıqları.)
- Satış sahəsində minimum 6 ay təcrübə.
- Komandada işləmə bacarığı.
Bizim komandaya qoşulmaq istəyən namizədlərdən xahiş olunur ki, cv-ni “Əməliyyatçı - Satış məsləhətçisi (Sabirabad)” mövzu hissəsində qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan elektron poçtuna göndərsinlər.