Əmək funksiyaları barəsində məlumat:
- Müəssisədə həyata keçirilən maliyyə əməliyyatların Azərbaycan Respublikasının mövcud Əmək, Vergi və digər qanunvericiklərə uyğun təşkil olunmasına nəzarət etmək;
- Şirkətin maliyyə stabilliyini təmin etmək, maliyyə hesabatlarını (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlamaq;
- Əməliyyatların mühasibat uçotu hesablarında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi, ona nəzarət, operativ məlumatların təqdim edilməsi, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim etmək;
- Mal –materialın hərəkətinin uçotu və inventarizasiyası, kassa qalığı və ƏDV depozit hesabının qalıqlarının nəzarətdə saxlanılması və mühasibat proqramında operativ uçotunun təmin olunması üçün müvafiq müxabirləşmələrin həyata keçirilməsi;
- Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nağd vəsaitlərinin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi;
- Əmək haqqı, ezam və son haqq hesabların hesablanması və ödənilməsinə nəzarət və düzgün hesablarda əks olunması;
- ƏDV, Əmlak, ÖMV, Mənfəət, Vahid bəyannamələrinin və Statistika hesabatların hazırlanması, aidiyyatı orqanlara göndərilməsi
- Qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alış, satış və vergi ödənişlərini (tutulmalar) təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək;
- Daxili və xarici auditlər üçün maliyyə sədədlərini şəffaf və yoxlanıla biləcək şəkildə saxlanılmasını təmin etmək.
- Komanda işinin düzgün qurulmasını, effektiv iş bölqüsünün aparılmasını təşkil etmək.
- Müəssisənin vergi risklərini hesablamaq və rəhbərliyə bu barədə hesabatları zamanında təqdim etmək.
Namizədə qoyulan tələblər:
- 5 il bu sahə üzrə rəhbər vəzifədə və yaxud sahə üzrə 10 il iş təcrübəsi.
- Logo Tiger programda iş təcrübəsi.
- Rus dili, İngilis dili bilən namizədlərə üztünlük verilir.
- Əmək haqqı: Ə.M. əsasında təyin edilir.
- İş saatı: 09:00- 18:00 (5 günlük iş qrafiki)
- Ünvan: 8 noyabr prospekti Nargilə dairəsi, Blue office.
CV-nizi “Baş mühasib“ qeyd edib [email protected] / [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.
Əlaqə nömrəsi – 055 515 15 03