Div Academy Süni intellekt sahəsində bilik və təcrübəsini tələbələrlə bölüşəcək AI Engineer İnstruktor axtarır!
Əsas vəzifə öhdəlikləri
- AI Engineer istiqaməti üzrə dərslərin tədrisi;
- Süni intellekt, Machine Learning və Generative AI mövzularının izah edilməsi;
- Python və AI alətləri üzrə praktiki tapşırıqların hazırlanması;
- Tələbələrin real layihələr üzərində işləməsinə dəstək göstərilməsi;
- Tələbələrin bilik və bacarıqlarının qiymətləndirilməsi;
- Tədris proqramının təkmilləşdirilməsində iştirak.
Namizədə tələblər
- AI Engineering, Machine Learning və ya əlaqəli sahələr üzrə bilik və praktiki təcrübə;
- Python proqramlaşdırma dili üzrə biliklər;
- LLM, Generative AI və müasir AI alətləri ilə tanışlıq;
- Praktiki layihələr hazırlamaq və real nümunələr əsasında öyrətmək bacarığı;
- Güclü kommunikasiya və təqdimat bacarıqları;
- Məsuliyyətlilik, səbir və tələbələrlə işləmək həvəsi.
Üstünlükdür:
- Tədris və ya mentorluq təcrübəsi;
- GitHub və ya şəxsi layihələrdən ibarət portfolio.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.