“Gələcəyi Yazanlar” təqaüd proqramının 3-cü dalğası başladı!
Kontakt x Div Academy tərəfdaşlığı ilə həyata keçirilən proqramda iştirakçılar innovativ sahələrdə 50% və 40% təqaüdlü təhsil alacaq.
Həssas əhali qrupundan 20 nəfər isə 100% təqaüdlə təhsil alacaq. Təqaüd toplam +500 nəfəri əhatə edəcək.
Proqramda səni nələr gözləyir?
- Peşəkar mütəxəssislərdən təhsil alma imkanı
- Tədrisi bitirdikdən sonra ölkənin nüfuzlu şirkətlərində iş və təcrübə imkanı
- Karyera mərkəzinin bütün imkanlarından ödənişsiz istifadə imkanı
- İxtisaslaşmış mütəxəssislər və HR-larla sosiallaşma tədbirlərində iştirak
- 24/7 açıq bootcampda biliklərini təkmilləşdirmə şansı
Hansı sahələrdə təqaüd qazana bilərsən?
- Fullstack Proqramlaşdırma (12 ay, həftədə 3 gün)
- Süni İntellekt Mühəndisliyi (8 ay, həftədə 3 gün)
- Kibertəhlükəsizlik (8 ay, həftədə 3 gün)
- Data Science (6 ay, həftədə 3 gün)
- Rəqəmsal Marketinq (5 ay, həftədə 2 gün)
- AI for Marketing (4 ay, həftədə 2 gün)
- iOS Mobil Proqramlaşdırma (8 ay, həftədə 3 gün)
- IT Business Analyst (4 ay, həftədə 2 gün)
- IT Project Management (3 ay, həftədə 2 gün)
- Uşaqlar (8-14 yaş) üçün proqramlaşdırma (12 ay, həftədə 2 gün)
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.