Öhdəliklər:
- Layihənin gedişatının monitorinqi və maraqlı tərəflər üçün layihə statusu hesabatlarının yaradılması
- Layihənin gedişatını idarə etmək və işi tələb olunan qaydada uyğunlaşdırmaq
- Komanda üzvlərinin lazım olan resurslara malik olması üçün resursların planlaşdırılmasına kömək etmək
- Maraqlı tərəflərin görüşlərinin planlaşdırılması və layihənin həyat dövrü ərzində layihə rəhbəri ilə maraqlı tərəflər arasında ünsiyyətin asanlaşdırılmasını təmin etmək
- Layihə rəhbərin göstərişi ilə layihə planı və ya əhatə dairəsi kimi layihə idarəetmə sənədlərinin idarə edilməsi
- Tapşırıqların qeyd edilməsi üçün onlayn sistemlərlə işləmək bacarığı
- Görülən işlərin uçotunun aparılması və layihə rəhbəri tərəfindən verilən digər tapşırıqlar
Tələblər:
- Yaş: 20-30
- Təhsil: Ali
- İş təcrübəsi: 1-3 il
- Analitik düşüncə tərzi, inkişaf etmiş məntiqi təfəkkür;
- İnformasiya texnologiyaları sahəsində inkişaf etmiş bacarıqlar, İT texnologiyaları sahəsində əsas müasir istiqamətlər barədə biliklər;
- Kompüter və ofis proqramları barədə biliklər – yüksək səviyyədə
- Ali təhsil, (Layihələrin idarə olunması, menecment, biznesin idarə olunması və s. ixtisaslarına üstünlük verilir)
- Dil bilikləri: rus və Azərbaycan dili – mükəmməl səviyyədə, ingilis dili – arzuolunandır;
- Ünsiyyətcillik, punktuallıq, stressə dözümlülük, məsuliyyətlilik, qarşıya qoyulan vəzifələri müstəqil həlletmə, komandada işləmə bacarığı;
- Öyrənmə bacarığı, inkişaf etməyə və yeni biliklər əldə etməyə meyllilik.
Əmək şəraiti:
- Əmək haqqı: 500-800 AZN, namizədin bilik və bacarıqlarına əsasən təyin ediləcək.
- Şəhərin mərkəzində ofis: Passage 1901, Nigar Rəfibəyli 12;
- İş qrafiki: bazar ertəsi-cümə saat 9:00 - 18:00;
- Mehriban və peşəkar kollektiv;
- Maraqlı tapşırıqlar, bacarıqları nümayiş etdirmə imkanı;
- Karyera inkişafı imkanları;
- Peşəkar təlimlərdə iştirak.
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.