Korporativ Satış Mütəxəssisi

  • Истекает 20 октябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İş yeri - Bakı şəhəri

İş şəraiti:

  • İş qrafiki: Tam iş günü, 5 günlük iş həftəsi; 
  • Əməkhaqqı: 700 - 1500 Azn.  Namizədin təcrübə və bacarıqlarına uyğun olaraq müsahibə əsasında müəyyən edilir. Sabit əmək haqq + satış nəticələrinə uyğun bonus;
  • Mobil rabitə və işgüzar səfər xərclərinin qarşılanması;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanı.

Öhdəliklər

  • Yeni korporativ müştərilərin araşdırılması, cəlb edilməsi və müştəri bazasının genişləndirilməsi;
  • Mövcud korporativ müştərilərlə əlaqələrin inkişaf etdirilməsi və satış həcminin artırılması;
  • Aylıq və illik satış planlarının yerinə yetirilməsi;
  • Müştərilərin ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun məhsul və həllərin təklif edilməsi;
  • Kommersiya təkliflərinin hazırlanması və təqdim edilməsi;
  • Satış danışıqlarının aparılması və satış prosesinin sifarişin tamamlanmasına qədər idarə edilməsi;
  • Müqavilələrin hazırlanması və razılaşdırılması prosesində iştirak;
  • Müqavilə bağlandıqdan sonra layihənin icra vəziyyətinin və müştəri məmnuniyyətinin izlənilməsi;
  • Çatdırılma xidməti üzrə işlərin təşkili və idarəedilməsi
  • Dövlət satınalmaları üzrə elanların mütəmadi monitorinqi və şirkət üçün uyğun satınalmaların müəyyənləşdirilməsi;
  • Tender sənədlərinin və texniki şərtlərin ilkin təhlilində iştirak;
  • Tender və kotirovka sorğuları üçün tələb olunan sənədlərin hazırlanmasında iştirak;
  • Tender imkanlarının satış potensialı baxımından qiymətləndirilməsi və rəhbərliyə təqdim edilməsi;
  • Tender və satış fəaliyyəti üzrə məlumatların, müştəri bazasının və nəticələrin sistemli şəkildə aparılması;
  • Gündəlik və həftəlik fəaliyyət və satış hesabatlarının hazırlanması;
  • Mövcud bazarın, rəqiblərin və qiymət dəyişikliklərinin araşdırılması;
  • Şirkətin bazarda tanıdılması və korporativ müştəri bazasının genişləndirilməsi
  • Şirkətin məhsul və xidmətlərinin korporativ müştərilərə təqdim edilməsi

Tələblər

  • Yaş - 25 yaşdan 45 yaşadək
  • Təhsil - Ali
  • İş təcrübəsi – 2 ildən 5 ilə qədər
  • B2B satış və müştəri münasibətlərinin idarə olunması üzrə praktiki bacarıqlar;
  • Satış danışıqları aparmaq və nəticəyə yönəlmək bacarığı;
  • Yeni müştərilərin axtarışı və cəlb edilməsi bacarığı;
  • Dövlət satınalmaları və tender prosesi haqqında məlumatlı olmaq üstünlükdür;
  • Tender sənədlərini və texniki şərtləri oxumağa və təhlil etməyə maraq;
  • MS Office, xüsusilə Excel və Word proqramlarında işləmək bacarığı;
  • Azərbaycan dilində səlis danışıq və yazı bacarığı;
  • Rus və İngilis dili biliyi üstünlükdür;
  • Analitik düşüncə, təqdimat, inandırma, araşdırma aparmaq və məlumatları müqayisə etmək bacarığı;
  • Məsuliyyətli, təşəbbüskar, intizamlı və nəticəyönümlü olmaq;
  • Komandada işləmək və eyni zamanda müstəqil qərar qəbul etmək bacarığı;
  • Şəxsi avtomobilin olması üstünlükdür.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Əlaqə +994 994 50 50 60

  • Daily1
  • Weekly637
  • Monthly1728