Vəzifə: IT Biznes Analitika üzrə Təlimçi
Şirkət: Dost Tədris Mərkəzi
İş yeri: Bakı (Əyani/Online hibrid təlimlər)
İş qrafiki: Part-time (əsasən iş saatlarından sonra və həftəsonları)
Vəzifə öhdəlikləri:
- IT Biznes Analitika üzrə təlimlərin keçirilməsi;
- Tədris proqramının hazırlanması və ya mövcud proqramın təqdim edilməsi;
- Praktiki tapşırıqlar, кейslər və layihələr əsasında tədris prosesinin təşkili;
- Tələbələrin əmək bazarının tələblərinə uyğun bilik və bacarıqlarla yetişdirilməsi;
- Tədris materiallarının hazırlanması və yenilənməsi;
- Tələbələrin inkişafının qiymətləndirilməsi və onlara mentorluq dəstəyinin göstərilməsi.
Tələblər:
- IT Biznes Analitikası sahəsində minimum 4 il iş təcrübəsi;
- Təlimçi və ya mentor kimi minimum 6 ay təcrübə;
- Biznes proseslərinin analizi, tələblərin toplanması və sənədləşdirilməsi üzrə praktiki biliklər;
- Analitik düşüncə və təqdimat bacarıqları;
- Əyani formada dərs keçmək imkanı;
- Təlim proqramının olması.
Biz təklif edirik:
- Peşəkar və inkişaf yönümlü mühit;
- Uzunmüddətli əməkdaşlıq imkanı;
- Təlim qruplarının formalaşdırılması və təşkilati dəstək;
- Rəqabətqabiliyyətli əməkhaqqı (müsahibə əsasında müəyyən ediləcək).
Məqsəd:
Əmək bazarının tələblərinə cavab verən peşəkar IT Biznes Analitiklərinin hazırlanması və tələbələrin uğurlu karyera qurmasına dəstək olmaq.