D Dövlət Holdinqi
  • 1.9K

Dövlət Holdinqi

Business

İnsan resursları departamenti/ Təşkilati inkişaf şöbəsinin müdiri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İnsan resursları departamenti/ Təşkilati inkişaf şöbəsinin müdiri

  • Deadline 28 December 2024
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş yeri: Bakı şəhəri

Əmək funksiyası:

  • Təşkilat üzrə istedadların idarəedilməsinin effektiv şəkildə təmin edilməsi;
  • Xidməti fəaliyyətinin qiymətlədirilməsi fəaliyyətinin həyata keçirilməsinə rəhbərlik:
    • İşçilər üçün məqsədlərin müəyyən edilməsi, məqsədlərlə bağlı əsas səmərəlilik göstəricilərinin (ƏSG) təyin olunması;
    • İl sonunda məqsədlərlə bağlı nəticələrin qiymətləndirilməsinin həyata keçirilməsi;
    • İllik fəaliyyətinin qiymətləndirilməsi nəticələrinə uyğun olaraq əməkdaşların əldə edəcəkləri mükafat miqdarının hesablanması.
  • Təşkilatın Səriştə modelinin hazırlanması və inkişaf etdirilməsinə rəhbərlik edilməsi;
  • Vəzifə təlimatlarının hazırlanması və ehtiyac yarandıqda onlara lazımi dəyişikliklərin edilməsinə rəhbərlik edilməsi;
  • Təşkilatın əməkdaşlarından daxil olan səmərələşdirici təkliflərin toplanması, qiymətləndirilməsi, təklifi verən əməkdaşların mükafatlandırılması prosesinə rəhbərlik edilməsi;
  • Təlim və inkişaf fəaliyyəti çərçivəsində icra edilən addımlara rəhbərlik edilməsi:
    • Əməkdaşların təlim ehtiyacının müəyyənedilməsi;
    • Daxili və ya xarici təlimçilər vasitəsilə təlimlərin planlanması və təşkil edilməsi;
    • Təlimlərin nəticələrinin qiymətəndirilməsi və təhlil edilməsi.
    • Müxtəlif növ təlimlərin təşkili üçün hazırlanmış tədris-mövzu planları layihələrinin qiymətləndililməsinə rəhbərlik edilməsi;
  • Daxili təlimçi proqramının həyata keçirilməsinə rəhbərlik edilməsi;
  • Təcrübəçi proqramının həyata keçirilməsinə rəhbərlik edilməsi;
  • Təşkilatda əməyin ödənilməsi sisteminin qurulması (əmək haqqı və ona əlavələrin müəyyənləşdirilməsi) və nəzarətin həyata;
  • Dövrü və spesifik hesabatların hazırlanmasına rəhbərlik edilməsi.

Vəzifə tələbləri:

  • Təhsil pilləsi (minimum)- Bakalavr (magistr dərəcəsi olması arzu olunandır)
  • Təhsil ixtisası- İqtisadiyyat, Biznesin təşkili və s..
  • İş təcrübəsi (minimum)- - Müvafiq sahədə minimum 5 il iş təcrübəsi
  • Minimum 2 il rəhbər vəzifədə iş təcrübəsi
  • Dil bilikləri- Azərbaycan dili. Rus və ingilis dili arzuolunandır
  • Kompüter bilikləri- Microsoft Office proqramlarını
  • Sertifikat/Vəsiqə - Beynəlxalq insan resursları sertifikatlarının (SHRM, HRCI, CIPD) olması üstünlükdür
  • Digər zəruri tələblər- Data analitika, Power BI bilməsi üstünlükdür

Vəzifənin tələb etdiyi səriştəliliklər:

  • Nəticə yönümlülük Tabeliyindəki əməkdaşları idarə etməkProblem analiz etmə
  • Komanda ruhu Layihələri idarə etmək
  • Kommunikasiya Riskləri idarə etmək
  • Problem həll etmək Strateji düşünmək
  • Dəyişikliklərə uyğunlaşmaq Prosesləri idarə etmək
  • Data analitika Qərar qəbul etmək

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi qeyd edilmiş elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində Təşkilati inkişaf şöbəsinin müdiri qeyd etməyiniz xahiş olunur.

  • Daily39
  • Weekly377
  • Monthly2015