Vəzifə öhdəlikləri:
- Müvafiq sahə üzrə pozuntuları qiymətləndirmək, aradan qaldırılmasını müvafiq tərəflərdən tələb etmək və icrasına nəzarət etmək;
- Araşdırmalar zamanı fiziki və hüquqi şəxslərə sorğular göndərmək, tələb olunan məlumat və sənədlərin təqdim edilməsini təmin etmək;
- Qanunvericilikdə nəzərdə tutulan inzibati tənbeh tədbirlərinin görülməsi üçün əsaslandırılmış materialları hazırlamaq və aidiyyəti orqanlara təqdim etmək;
- Müvafiq sahə üzrə beynəlxalq təcrübənin araşdırılması, analiz edilməsi və qanunvericiliyə dəyişikliklərlə bağlı təkliflər hazırlamaq.
Tələblər:
- Hüquq, dövlət idarəçiliyi, ictimai siyasət, beynəlxalq hüquq və ya əlaqəli ixtisasları üzrə ali təhsil;
- Azərbaycan Respublikasının Konstitusiyası, İnzibati Xətalar Məcəlləsi haqqında biliklər;
- Uyğunsuzluqların hüquqi cəhətdən araşdırılması, protokolların tərtibi və qurum adından məhkəmələrdə təmsilçilik;
- Microsoft Office proqramlarında işləmək bacarığı;
- Səlist və aydın danışıq\yazı qabiliyyətinin olması.
- Azərbaycan və ingilis dilləri biliyi mütləqdir.
İş şərtləri:
- İş qrafiki: Tam iş günü (5 gün).
- İş saatları: 09:00-18:00.
- İş yeri: Bakı
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.