Dövlət qurumu Dövlət qurumu
  • 573

Baş mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Baş mühasib

  • Deadline 3 July 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş yeri: Dövlət qurumu

İş barədə məlumat:

  • Büdcə təşkilatının mühasibat uçotunun qanunvericiliyə uyğun aparılmasını təmin etmək;
  • Büdcə vəsaitlərinin, smeta xərclərinin və maliyyə əməliyyatlarının düzgün uçotunu aparmaq;
  • Xərclərin büdcə təsnifatı kodları üzrə düzgün əks etdirilməsinə nəzarət etmək;
  • Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi, ezamiyyə və digər ödənişlərin hesablanmasını təmin etmək;
  • Məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta, icbari tibbi sığorta və digər məcburi ödənişlər üzrə hesablamalara nəzarət etmək;
  • Müqavilə, akt, elektron qaimə, ödəniş sənədləri və digər maliyyə sənədlərini mühasibatlıq baxımından yoxlamaq;
  • Debitor və kreditor borcların uçotunu aparmaq və üzləşmə işlərini təşkil etmək;
  • Maliyyə hesabatlarının, dövri hesabatların və aidiyyəti qurumlara təqdim olunan məlumatların vaxtında hazırlanmasını təmin etmək;
  • Mühasibat sənədlərinin düzgün rəsmiləşdirilməsi, sistemləşdirilməsi və saxlanılmasını təmin etmək;
  • Rəhbərliyə maliyyə-mühasibat məsələləri üzrə zəruri məlumat və hesabatlar təqdim etmək.

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • İş qrafiki : Tam iş vaxtı, beşgünlük iş həftəsi;
  • İş saatları: 09:00-18:00;
  • Əməkhaqqı: 600–800 manat (net).

Vəzifəyə tələblər: 

  • Ali təhsil — maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya uyğun sahə üzrə;
  • Mühasibatlıq sahəsində 1 il iş təcrübəsi;
  • Büdcə təşkilatlarında və ya ictimai sektorda iş təcrübəsi üstünlükdür;
  • İctimai sektor üzrə Peşəkar Mühasib Sertifikatının olması mütləqdir;
  • Büdcə uçotu, smeta xərcləri, büdcə təsnifatı və maliyyə hesabatlılığı üzrə biliklər;
  • Əmək haqqı və digər işçi ödənişlərinin hesablanması üzrə biliklər;
  • MS Office proqramında işləmək bacarığı;
  • Elektron hesabat və maliyyə-mühasibat sistemləri ilə işləmə bacarığı.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına email-in mövzu hissəsində “Baş mühasib” yazaraq göndərə bilərlər. 

  • Daily67
  • Weekly525
  • Monthly525