Dövlət qurumu Dövlət qurumu
  • 1.5K

Dövlət qurumu

Government

Baş mühasib-şöbə müdirinin müavini

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Baş mühasib-şöbə müdirinin müavini

  • Deadline 11 May 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vakansiya haqqında:

  • İş yeri: Bakı/Azərbaycan
  • İş saatı: Həftədə 5 gün 40 saat olmaqla
  • İşə başlama tarixi: Təcili
  • Əmək haqqı: Müsahibə əsasında təyin ediləcəkdir.

Vəzifə öhdəlikləri:

  • Müdiriyyət tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabına (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsini, ona nəzarəti operativ məlumatların təqdim edilməsini, mühasibat, (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi, digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyatların aşkara çıxarılması və səfərbər edilməsi məqsədi ilə mühasibat uçotu və hesabatının məlumatları üzrə müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsini icra etmək;
  •  Maliyyə, hesabat və kredit əməliyyatlarının, Müdiriyyətin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunu təşkil etmək;
  • Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibi, əmək haqqının ödənilməsi hesabları, dövlət büdcəsinə ödəmələr, dövlət sosial sığorta haqqı, kapital qoyuluşu vəsaitləri, banklara borcların vaxtında ödənilməsi, tələbat fonduna və digər ehtiyat fondlarına ayırmaları tərtib etmək;
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının, vəzifə maaşlarının təyin edilməsinin, pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının, mühasibat uçotu və hesabatının təşkilinin yoxlanılması və müəssisənin bölmələrində sənədli təftişin qaydalarına riayət edilməsinə nəzarət etmək;
  • Aylıq, rüblük, illik hesabatların vergi orqanlarına və DSMF-yə təqdim edilməsini təmin etmək;
  • Görülmüş iş, alınmış mal-material və göstərilmiş xidmətlərə görə ƏDV sub-uçot hesabından ƏDV məbləğlərinin , eləcədə büdcəyə ƏDV-nin elektron köçürmələrinin aparılması prosesində iştirak etmək;
  • Debitor borclarının aylar üzrə hesablanması və mühasibatlıq proqramına işlənməsini icra etmək;
  • Müdiriyyətin xərclərinin uçotunun aparılmasını təmin etmək;
  • İnventarizasiya işinin təşkili və prosesdə iştirak etmək;
  • Ezamiyyət xərclərinin hesablanması və yoxlanılması işlərini icra etmək;
  • Mühasibatlığa icra üçün daxil olan sənədlərin qanunvericiliyə uyğunluğunu təmin etmək.

Tələblər:

  • Ali təhsil (İqtisadiyyat, maliyyə və mühasibatlıq);
  • Müvafiq sahə üzrə minimum 5 il  iş təcrübəsi;
  • 1C Proqramında yüksək səviyyədə işləyə bilmək;
  • Kompüter bacarıqları Microsoft Office (Excel, Word, Outlook,)- Yaxşı;
  • Peşəkar mühasib sertifikatı;
  • Maliyyə-xəzinədarlıq sahəsi və vergi uçotu üzrə bilikləri;
  • Mühasibat uçotunun Beynəlxalq standartlarını bilməli (sertrifikatın olması arzuolunandır).

Müraciət qaydası:

Zəhmət olmasa CV-lərinizi Müraciət Et butonunda qeyd olunan e-mail adresinə göndərin. CV-ləri göndərərkən başlıq yerinə “Baş mühasib-şöbə müdirinin müavini” qeyd etməyi unutmayın.

  • Daily0
  • Weekly0
  • Monthly1277