Vəzifə öhdəlikləri:
- Maliyyə hesabatlarının hazırlanması (MZHH, MVHH, PVHH, KDHH)
- Müəssisənin debitor, kreditorlar, avans hesabatını aparmaq və üzləşmə aktlarını tərtib etmək;
- Müəssisənin işçilərinin əmək haqqı və ona bərabər tutulan ödənişlərinin həyata keçirilməsini təmin etmək;
- Ödəniş və bank sənədlərini tərtib etmək;
- Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunun aparılmasını təşkil etmək;
- Dövlət Vergi Xidmətinə, Statistika Komitəsinə və digər dövlət qurumlarına təqdim olunan hesabatları hazırlamaq;
- Dövlət qurumlarından daxil olan məktubları cavablandırmaq;
- Mühasibat əməliyyatlarının proqram təminatına işlənməsini təmin etmək.
Vakansiya ilə bağlı tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat);
- 2 illik analoji iş təcrübəsi;
- Vergi qanunvericiliyini və Mühasibat uçotu haqqında qanunvericiliyi bilməli;
- Peşəkar mühasib sertifikatının olması arzuolunandır;
- Excel və 1C proqramı (8.3) ilə sərbəst işləmə bacarığı.
İş şərtləri:
- 5 günlük iş həftəsi;
- İş saatları: 09:00-18:00;
- İstirahət günləri: şənbə və bazar;
- Mükafat və digər ödənclərin tətbiq edilməsi;
- Əmək haqqı: 1200 gross.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Böyük mühasib (Şəki)” yazaraq qeyd edilmiş elektron poçt ünvanına göndərilməsi xahiş olunur. Yalnız uyğun namizədlərlə əlaqə yaradılacaq