Təcili olaraq aşağıdakı şərtlər üzrə “Ekoloq” tələb olunur.
İş yeri: Bakı şəhər, Moskva prospekti, 69a
İş saatı: Həftədə 5 gün 40 saat olmaqla
İşə başlama tarixi: Təcili
Əmək haqqı: Müsahibə əsnasında təyin olunacaq.
Vəzifə öhdəlikləri:
- Layihələrin Ətraf Mühit və Sosial Çərçivəyə uyğun idarə olunmasını tələb edən potensial mənfi ekoloji və sosial təsirləri ola bilən ekoloji riskləri qiymətləndirmək, onların həll yollarının araşdırılmasını və həll edilməsini təmin etmək;
- Layihələrin bütün tikinti mərhələlərində ətraf mühit qaydalarına, icazələrə və qanunlara uyğunluğunu təmin etmək;
- Tullantıların idarə edilməsi, yağış suları nəzarəti və çirklənmənin qarşısının alınması da daxil olmaqla, layihənin ətraf mühit tələblərinə uyğunluğunu müşahidə etmək üçün müntəzəm yoxlamalar aparılmasını təmin etmək;
- Zəhərli və zəhərli olmayan materialların düzgün atılmasını və təkrar emala verilməsinə nəzarət etmək;
- Tikinti zamanı yaranan ekoloji problemləri sürətlə qiymətləndirərək həll yollarını təmin etmək;
- Ekoloji nəzarətin müxtəlif aspektlərini, o cümlədən yoxlamaların planlaşdırılması və resursların idarə edilməsini təmin etmək;
- Beynəlxalq layihələr üçün ətraf mühit icazələrinin alınması və idarə edilməsi işlərini təşkil və təmin etmək;
- Tikinti və digər beynəlxalq layihələrdə ətraf mühitə təsir edən riskləri qiymətləndirmək və azaltmaq üçün tədbirlər görmək.
Təhsil və iş təcrübəsi:
- Ekologiya mühəndisliyi üzrə ali təhsil;
- Minimum 5 il müvafiq sahə üzrə iş təcrübəsi. (Beynəlxalq layihələrdə təcrübəsi olanlara üstünlük verilir.)
Bacarıq və səriştələr:
- Microsoft Office,xüsusilə excel proqramında təhlil və analitik işləmə bacarığı
- İngilis və Rus dillərində yazmağı və danışmağı sərbəst bacarmaq vacibdir.
Bilməlidir:
- Yerli və beynəlxalq ətraf mühit qanunvericiliyi barədə geniş məlumat
Müraciət qaydası
Zəhmət olmasa CV-lərinizi qeyd edilmiş elektron poçt adresinə göndərin.
Qeyd: CV-ləri göndərərkən başlıq yerinə “Ekoloq” qeyd etməyi unutmayın.