Dövlət qurumu Dövlət qurumu
  • 1.2K

Dövlət qurumu

Government

İnşaat mühəndisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İnşaat mühəndisi

  • Deadline 21 May 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əsas vəzifə və öhdəliklər: 

  • İcra olunacaq layihələrin hazırlıq mərhələsinə dair müayinə, tələb olunan sənədləri tərtib etmək və müvafiq hesabatların hazırlanması üçün məlumatları təqdim etmək;
  • Tikintinin başlanması üçün tələb olunan sənədlərin tamlığını və düzgünlüyünü yoxlamaq, müvafiq düzəlişlər tələb olunduqda zəruri tədbirlərin görülməsi;
  • Tikinti sahələrində yerinə yetirilən işlərə nəzarət etmək, işlərin hissəli və bütövlükdə qəbulunda, bitmiş bina/qurğuların təhvil-təslimində iştirak etmək;
  • İstifadə olunan və quraşdırılan material, avadanlıq və konstruksiyaların təsdiqlənmiş layihə-smeta sənədlərinə, işçi cizgilərinə, standart və normalara uyğunluğuna nəzarət etmək;
  • Yerinə yetirilmiş işlərin qeydiyyatını apararaq müvafiq hesabatların hazırlanması;
  • Aşkarlanan qüsurların aradan qaldırılmasını və müvafiq tədbirlərin görülməsini nəzarətdə saxlamaq və icrasını təmin etmək;
  • Şəhərsalma və tikinti sahəsinə dair normativlərə əsasən tələb olunan sənədləri tərtib etmək;
  • Tender şöbəsinə təqdim etmək üçün layihələr üzrə spesifikasiyaların hazırlanması.

Tələb olunan təhsil və iş təcrübəsi:

  • Ali təhsil (İnşaat mühəndisi, memarlıq ixtisası);
  • Müvafiq sahə üzrə təcrübə müddəti minimum 3-5 il  iş təcrübəsi (tikinti sahəsi, smeta, texnik ofis üzrə);
  • Autocad üzrə sərbəst işləmə bacarığı;
  • Tikinti normaları üzrə biliklər;
  • İş həcmlərinin hesablanması üzrə biliklər;
  • Sənayə tikililəri üzrə təcrübə;
  • Ezamiyyələrdə iştirak etmək imkanı;
  • Azərbaycan dilini əla bilməli, ingilis və rus dilləri arzu olunandır;
  • Məsuliyyətlilik, operativlik, diqqətcil, ünsiyyət bacarığı,problem həll etmə;

İş qrafiki:

  • Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. 
  • Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
  • Əmək haqqı və əlavə imtiyazlar:
  • Əmək haqqı müsahibə əsasında təyin olunur.

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. 

  • Daily110
  • Weekly383
  • Monthly2982