Dövlət qurumu (İşğaldan azad olunmuş ərazi) Dövlət qurumu (İşğaldan azad olunmuş ərazi)
  • 748

Mühasib

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Mühasib

  • Истекает 22 ноябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İş yeri: Dövlət qurumu (İşğaldan azad olunmuş ərazi)

Vəzifə öhdəlikləri: 

  • Mühasibat uçotunu beynəlxalq standartlara və yerli qanunvericiliyə (Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Əmək Məcəlləsi və s.) uyğun olaraq tam və düzgün əks etdirilməsi; 
  • Bank və Xəzinədarlığın informasiya İdarəetmə Portalında əməliyyatların həyata keçirilməsi, hesab-fakturaların, elektron qaimə-fakturaların, tərtib və təqdim olunması; 
  • Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqələri və digər ödənişlərin hesablanması, müvafiq vergi və sosial sığorta ayırmalarının düzgün hesablanması və vaxtında ödənilməsinin təmin edilməsi;
  • Vergi, statistika və DSMF hesabatlarının qanunvericiliklə müəyyən edilmiş müddətdə hazırlanıb aidiyyəti qurumlara təqdim olunması;
  • Təchizatçılar və podratçılarla üzləşmə aktlarının aparılması, debitor və kreditor borclarına nəzarət edilməsi; 
  • Əsas vəsaitlərin uçotunun aparılması, inventarizasiya prosesində iştirak edilməsi və nəticələrin müvafiq sənədlərlə rəsmiləşdirilməsi;
  • Maliyyə-təsərrüfat fəaliyyətinin uçot sənədləri əsasında təhlil edilməsi və rəhbərliyə müvafiq hesabatların verilməsi;
  • Daxili intizama, mühasibat uçotu qaydalarına və sənəd dövriyyəsinin qaydalarına ciddi şəkildə riayət olunması.

Namizədə tələblər:

  • Maliyyə, mühasibat uçotu, iqtisadiyyat sahəsində ali təhsil; 
  • Müvafiq sahə üzrə ən azı 3–5 il iş təcrübəsi (tikinti və ya büdcə təşkilatlarında təcrübə üstünlükdür); 
  • Azərbaycan Respublikasının Vergi Məcəlləsini, Əmək Məcəlləsini və mühasibat uçotu standartlarını dərindən bilməli;
  • MS Office (xüsusilə Excel) proqramlarında sərbəst işləmək bacarığı; 
  • Vergi, Statistika və Xəzinədarlığın informasiya İdarəetmə portalları ilə işləmə təcrübəsi; 
  • Yüksək məsuliyyət, analitik düşüncə, dəqiqlik, rəqəmlərlə işləmək bacarığı və peşəkar sənəd intizamı.

Təklif olunur:

  • Stabil əmək haqqı (müsahibə əsasında, 1500-2000 AZN);
  • Peşəkar inkişaf;
  • Dövlət layihələrində iştirak etmək imkanı.

Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər Azərbaycan dilində olan CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına, mövzu hissəsində “Mühasib” yazmaqla göndərə bilərlər. Seçim müsahibə yolu ilə aparılır.

  • Daily110
  • Weekly110
  • Monthly2085