Vəzifə öhdəlikləri:
- Müraciətlərin idarə edilməsi: Daxil olan texniki müraciətlərin (ticket) Helpdesk sistemi vasitəsilə qəbulu, qeydiyyatı və müəyyən olunmuş vaxt ərzində həll edilməsi;
- İş yerlərinin qurulması: Yeni işə başlayan əməkdaşlar üçün kompüter, IP telefon, monitor və digər zəruri avadanlıqların quraşdırılması və sazlanması;
- Sistem inzibatçılığı: Active Directory üzərindən yeni istifadəçilərin yaradılması, şifrələrin bərpası və giriş hüquqlarının idarə edilməsi;
- Proqram təminatı dəstəyi: Əməliyyat sistemlərinin (Windows/MacOS), ofis proqramlarının (MS Office) və digər korporativ tətbiqlərin instalyasiyası və sazlanması;
- İnsidentlərin analizi: Tez-tez təkrarlanan texniki problemlərin kök səbəblərini araşdırır və onların birdəfəlik həlli üçün təkliflər hazırlayır;
- İnventar uçotu: JİRA İTSM üzərində İT avadanlıqlarının hərəkətinə nəzarət edilməsi və texniki inventar siyahısının daim yenilənməsi;
Tələblər:
- İnformasiya texnologiyaları, Kompüter mühəndisliyi, Sistem mühəndisliyi və ya əlaqədar ixtisasları üzrə ali təhsil;
- Microsoft Certified: Modern Desktop Administrator Associate (MD-100/101);
- İnfrastruktur xidmətləri: Active Directory (AD), DHCP, DNS və Group Policy (GPO) üzrə təməl biliklər;
- Əməliyyat sistemləri: Windows 10/11 (dərin biliklər), Windows Server (istifadəçi idarəetməsi səviyyəsində) və MacOS bilikləri;
- Şəbəkə bilikləri: TCP/IP protokolları, LAN/Wi-Fi şəbəkələrinin qurulması, Switch və Router-lərin təməl səviyyədə sazlanması;
- Hardware: Kompüter və noutbukların daxili hissələrinin diaqnostikası, printer və digər periferiya qurğularının proqram təminatının (driver) quraşdırılması;
- Helpdesk sistemləri: Service Desk/Ticketing sistemləri (məsələn: Jira ITSMService Management) ilə işləmə təcrübəsi.
İş şərtləri:
- İş qrafiki: Tam iş günü (5 gün).
- İş saatları: 09:00-18:00.
- İş yeri: Bakı
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.