Vəzifə öhdəlikləri
- Beynəlxalq layihələrin büdcələrinin tərtib edilməsi, xərclərin büdcə xətlərinə uyğunluğunun yoxlanılması və rüblük/illik büdcə proqnozlarının hazırlanması;
- Beynəlxalq donor təşkilatların (Dünya Bankı, Aİ, AİB və s.) xüsusi qaydalarına, təlimatlarına və müqavilə şərtlərinə uyğun olaraq dövri maliyyə hesabatlarının hazırlanması;
- Layihə çərçivəsində həyata keçirilən satınalma (procurement) prosedurlarında maliyyə
- komponentinin yoxlanılması, müqavilələrin və invoysların (hesab-fakturaların) ekspertizası;
- Beynəlxalq layihə xərclərinin eyni zamanda Azərbaycan Respublikasının Vergi və Əmək
- Qanunvericiliyinə, həmçinin Mühasibat uçotu qaydalarına uyğunluğunun təmin edilməsi;
Tələblər
- Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya biznesin idarə edilməsi sahəsində ali təhsil (Magistr dərəcəsi və ya aidiyyatı üzrə əlavə sertifikatlar arzuolunandır);
- Beynəlxalq donorlar tərəfindən maliyyələşdirilən layihələrdə maliyyəçi, layihə mühasibi kimi ən azı 3 il iş təcrübəsi;
- MS Office (xüsusilə MS Excel proqramında mürəkkəb formullarla və datalarla işləmək bacarığı) və 1C;
- İngilis dilində maliyyə terminologiyasını bilmək və yazılı, şifahi ünsiyyət qura bilmək;
İş şəraiti
- İş yeri: Dövlət qurumu (Bakı şəhəri)
- İş saatlari: 5 günlük qanunvericiliyin tələblərinə uygun olaraq;
- Əmək haqqı: Rəqabətədavamlı əməkhaqqı (namizədin bilik və təcrübəsinə uyğun olaraq razılaşma yolu ilə).
Maraqlanan namizədlərdən öz CV-lərini mövzu hissəsində "Maliyyə üzrə Mütəxəssis" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.