Vəzifə öhdəlikləri:
- Suvarma sistemlərinin inşaası zamanı tələb olunan normativ sənədlər toplusunun hazırlanmasını və onların icra metodikasını bilməlidir;
- Suvarma sistemlərinə, nasos stansiyalarına texniki tapşırıqların BOQ-ların hazırlanmasını bilməlidir;
- Təsərrüfatlarda, iş yerlərində işlərin təhlükəsiz təşkili qaydalarını bilməlidir;
- Pivot yağışyağdırma qurğuları, damcılarla suvarma sistemləri, nasos stansiyalarının boru xətlərinin layihələndirilməsi, tikintisi və müəllif nəzarəti qaydaları haqqında anlayışları olmalıdır.
Tələb olunan təhsil və iş təcrübəsi:
- Tələb olunan ixtisas üzrə ali təhsil;
- Müvafiq sahə üzrə təcrübə müddəti 3 ildən yuxarı;
- Komputer proqramları biliyi (MicroStation V8i, AutoCad, MSSU, SasPlanet, Terra Model, NanCat, WACT);
- Normativ sənədlərlə işləmə və onların tərtib edilməsi üzrə iş təcrübəsi (İN və Q, AzDTN və s);
- Ezamiyyələrdə iştirak etmək imkanı;
- Azərbaycan dilini əla bilməli, ingilis və rus dilləri arzu olunandır;
- Məsuliyyətlilik, operativlik, diqqətcil, ünsiyyət bacarığı,problem həll etmə;
İş qrafiki:
- Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir.
- Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
- Əmək haqqı və əlavə imtiyazlar:
- Əmək haqqı müsahibə əsasında təyin olunur.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.