İş barədə məlumat:
- İş yeri: Bakı
- İş şəraiti: Standart- ofis
- İş rejimi: 5 günlük 09:00-18:00
Namizədə tələblər:
- Təhsil: Ali təhsil (ekologiya, mühəndislik, əməyin mühafizəsi, fövqəladə hallar və ya aiddiyəti sahələr üzrə);
- Tələb olunan iş təcrübəsi: Müvafiq sahə üzrə ən azı 3 il təcrübə;
- Dil bacarığı: Azərbaycan dilində səlis danışmaq və yazmaq bacarığı;
- Kompüter bacarığı: MS Office-yaxşı səviyyədə.
Digər tələblər:
- Dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
- Komandada işləmək bacarığı;
- Dashboardların hazırlanmasını və idarə edilməsini təmin etmək.
Vəzifə öhdəlikləri:
- Risk və hadisə reyestrlərini hazırlamaq və yeniləmək;
- Təhlükə və risk qiymətləndirmə matrislərini qurmaq;
- SƏTƏMM üzrə məlumat bazalarını idarə etmək;
- SƏTƏMM və təhlükəsizlik üzrə təlimləri təşkil etmək və keçirmək;
- Təlim proqramlarını və materiallarını hazırlamaq;
- İşçilər arasında təhlükəsizlik mədəniyyətinin inkişaf etdirilməsini təmin etmək;
- Ətraf mühitə təsirlərin qiymətləndirilməsini aparmaq;
- Ekoloji risklərin azaldılması üzrə tədbirlər hazırlamaq;
- Ekoloji normativlərin tətbiqinə nəzarət etmək və monitorinq aparmaq;
- Müəssisədə fövqəladə hallara hazırlıq planlarını hazırlamaq və tətbiq etmək;
- Mülki müdafiə planlarını işləmək və mütəmadi yeniləmək;
- Təxliyə planlarını hazırlamaq və təlimləri təşkil etmək;
- Fövqəladə hallarda operativ qərarverməni və koordinasiyanı həyata keçirmək;
- Riskləri (yanğın, texnogen qəza, təbii fəlakət və s.) qiymətləndirmək;
- FHN tələblərinə uyğun sənədləşmə və hesabatlılıq işlərini aparmaq.
Müraciət qaydası: Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “SƏTƏMM baş mütəxəssis” qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.