Dövlət qurumu, Publik Hüquqi Şəxs Dövlət qurumu, Publik Hüquqi Şəxs
  • 658

İnsan resursları üzrə aparıcı mütəxəssis (Dövlət qulluğu və kadr məsələləri üzrə məsləhətçi)

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İnsan resursları üzrə aparıcı mütəxəssis (Dövlət qulluğu və kadr məsələləri üzrə məsləhətçi)

  • Истекает 21 август 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İş şəraiti

  • Şöbə: İnsan resursları şöbəsi
  • İş yeri: Bakı
  • İş şəraiti: Standart- ofis
  • İş rejimi: 5 günlük 09:00-18:00

Namizədə tələblər:

  • Təhsil: Ali təhsil;
  • Tələb olunan iş təcrübəsi: Müvafiq sahədə dövlət qulluğunda iş təcrübəsi;
  • Dil bacarığı: Azərbaycan dilində səlis danışmaq və yazmaq bacarığı;
  • Kompüter bacarığı: MS Office-yaxşı səviyyədə.

Digər tələblər:

  • Dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
  • Komandada işləmək bacarığı.

Vəzifə öhdəlikləri:

  • dövlət qulluğu sahəsində kadr işini Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun təşkil etmək;
  • dövlət qulluğu ilə bağlı normativ hüquqi aktların tətbiqini təmin etmək;
  • dövlət qulluğuna aid daxili normativ sənədlərin hazırlanmasında iştirak etmək;
  • dövlət qulluqçularının şəxsi işlərini formalaşdırmaq, aparmaq və mühafizəsini təmin etmək;
  • vakant inzibati və yardımçı vəzifələrin müəyyən edilməsini və uçotunu aparmaq;
  • vakant vəzifələr üzrə məlumatların Dövlət İmtahan Mərkəzinə təqdim edilməsini təmin etmək;
  • dövlət qulluğuna qəbul, vəzifəyə təyin, yerdəyişmə, rotasiya, ezamiyyət, məzuniyyət, qulluq münasibətlərinə xitam verilməsi və digər kadr sənədlərini hazırlamaq;
  • dövlət qulluqçularının qulluq stajının hesablanmasını aparmaq;
  • dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi və dəyişdirilməsi ilə bağlı sənədləri hazırlamaq;
  • dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi prosesində iştirak etmək;
  • dövlət qulluğu üzrə sertifikatların uçotunu aparmaq və etibarlılıq müddətlərinə nəzarət etmək;
  • dövlət qulluğu sahəsində təlim və peşəkar inkişaf tədbirlərinin təşkilində iştirak etmək;
  • dövlət qulluğu üzrə elektron informasiya sistemlərinə məlumatların daxil edilməsini və aktuallığını təmin etmək;
  • dövlət qulluğu üzrə statistik məlumatları, arayışları və hesabatları hazırlamaq;
  • struktur bölmələrinə dövlət qulluğu məsələləri üzrə metodiki dəstək göstərmək;
  • dövlət qulluğu sahəsində qanunvericilikdə baş verən dəyişiklikləri izləmək və onların tətbiqi ilə bağlı təkliflər hazırlamaq;
  • rəhbərliyin tapşırıqlarına uyğun olaraq digər funksiyaları yerinə yetirmək;
  • dövlət qulluğu sahəsində qanunvericilikdə edilən dəyişiklikləri izləmək və onların tətbiqini təmin etmək.

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “DQ mütəxəssisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.

Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily0
  • Weekly374
  • Monthly2051