Dövlət qurumu Dövlət qurumu
  • 2.2K

Dövlət qurumu

Dövlət qurumu

Satınalma üzrə aparıcı mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Satınalma üzrə aparıcı mütəxəssis

  • Deadline 21 May 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş şəraiti

  • İş Yeri: Bakı şəhəri
  • İş Rejimi:  5 günlük 09:00-18:00 
  • Sığorta: İcbari
  • Əmək haqqı razılaşma əsasında;

Namızədə tələblər:

  • Təhsil:  Ali təhsil;
  • İş təcrübəsi:  Müvafiq sahə üzrə minimum 2 il təcrübə;

Xüsusi biliklər: 

  • Dövlət satınalmaları haqqında qanunvericiliyi bilməli;
  • etender.gov.az portalından istifadə edə bilməli; 
  • Azərbaycan dilini sərbəst bilməli, rus və ingilis dili arzuolunandır;
  • Word, Excel və 1C proqramları ilə işləmək bacarığı olmalıdır;
  • Namizədin tikinti-təmir,smeta layihələndirmə üzrə işlərdə təcrübəsinin olması arzu olunandır.

 İşin qısa təsviri 

  • Dövlət satınalmalar haqqında qanunun tələblərinə uyğun olaraq satınalma prosedurlarının həyata keçirilməsi 

Vəzifə öhdəlikləri:

  • Ehtimal olunan qiymətin hesablanması üçün bazar araşdırılmasının aparılması və  müvafiq formanın təsdiq etdirilməsi
  • Elektron satınalmalar portalında satınalma proseduru ilə bağlı elanların yerləşdirilməsi
  • İxtisaslaşmış malgöndərənlərin siyahısının hazırlanması və onlara dəvət məktublarının göndərilməsi
  • Dövlət satınalmalar haqqında qanunun tələblərinə uyğun olaraq satınalma prosedurlarının həyata keçirilməsi, tenderin əsas şərtlər toplusunun, iclas protokolunun, yekun protokolun hazırlanması və komissiya üzvləri tərəfindən təsdiq edilməsi üçün zəruri tədbirlərin görülməsi
  • Tenderin nəticəsi ilə bağlı yekun protokolun müvafiq dövlət orqanına göndərilməsi və qeydiyyata alınması ilə bağlı prosesin nəzarətdə saxlanılması
  • Tenderin nəticəsi ilə bağlı bildirişin və  müqavilə məlumatının qanunda müəyyən edilmiş müddət ərzində elektron satınalmalar portalında yerləşdirilməsinin təmin edilməsi və iddiaçı şirkətlərə bununla bağlı aksept və məlumat xarakterli məktubların göndərilməsi
  • Tender komissiyasının işinin təşkili, iddiaçılardan daxil olan sorğuların cavablandırılması
  • Satınalma müqavilələrinin hazırlanması, təsdiq etdirilməsi, əlavə və dəyişikliklərin hazırlanması, ləğv edilməsi, icrasına nəzarət edilməsi və reyestrinin aparılması
  • Daxil olmuş hesab fakturaların, aktların müqavilə öhdəliklərinə uyğunluğunun yoxlanılması
  • Dövlət satınalmaları haqqında qanunun tələbləri nəzərə alınmaqla il ərzində eyni kateqoriyadan olan malların (işlərin və xidmətlərin) ayrı-ayrı müqavilələrə bölünməməsinə nəzarət etmək
  • Agentlikdə həyata keçirilən satınalma prosedurları ilə bağlı rəhbərlik və digər dövlət orqanları üçün hesabatların hazırlanması
  • Xərclərin azaldılması məqsədilə təkliflər vermək
  • Agentliyin büdcə layihəsinin hazırlanmasında iştirak etmək

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Satınalma üzrə aparıcı mütəxəssis” qeyd etməklə Müraciət et butonunda qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur. 

Dövlət satınalmaları haqqında qanununu bilməyənlərlə əlaqə saxlanılmayacaq.  Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily114
  • Weekly387
  • Monthly2986