Dövlət qurumu Dövlət qurumu
  • 242

Dövlət qurumu

Dövlət qurumu

Senior IT Project Manager

  • Deadline 2 Aprel 2026

Departament: Layihələrin idarəolunması 

Vəzifə öhdəlikləri:

  • Layihənin nizamnaməsini, məqsədlərini və nəticələrini müəyyən edir;
  • Layihənin hazırlanması və həyata keçirilməsi üçün aidiyyəti departamentlərdən daxil olan məlumatlar əsasında plan hazırlayır, razılaşdırır və nəzarət nöqtələrini müəyyən edir;
  • Layihə üzrə iş həcmini müəyyənləşdirir, iş həcmlərinə düzgün riayət edilməsi üçün funksional menecerlərin dəstəyi ilə nəzarət yoxlamaları təşkil edir;
  • Layihənin ilkin davam etmə müddətini müəyyən edir, icra zamanı baş verən proseslər nəzərə alınmaqla tələb olunan hallarda funksional menecerlərin dəstəyi ilə düzəliş və əlavələr edir;
  • Layihənin icrası üçün tələb olunan kritik və qeyri-kritik resursları müvafiq departamentlərlə birgə müəyyən edir, lazım olan resursların iş qrafikini və ardıcıllığını müəyyənləşdirir;
  • Layihənin ilkin dəyərini qiymətləndirir, layihə büdcəsini müəyyən edir, icra zamanı baş verən proseslər nəzərə alınmaqla tələb olunan hallarda funksional menecerlərin dəstəyi ilə büdcəyə düzəliş və əlavələr edir;
  • Lazım olan peşəkar bacarıqları və digər zəruri kriteriyalar əsasında layihə qrupunu seçir, qrup üzvlərinin iş qrafiklərini funksional departament rəhbərləri ilə razılaşdırır;
  • Layihənin risklərini müəyyən edir, layihənin icrası zamanı iş prosesi daxilində riskləri yenidən qiymətləndirir və qarşısının alınması üçün funksional menecerlərin dəstəyi ilə qabaqlayıcı planlar hazırlayır;
  • Layihənin müxtəlif icra mərhələləri zamanı görüşlər təşkil edir, görüşlərin öncədən qrafikini, müzakirə olunacaq məsələləri və gözləntiləri müəyyən edərək paylaşır;
  • Layihənin həyata keçirilməsi üçün lazımlı sənədlərin hazırlanmasını təmin edir;
  • Layihə məlumatlarının vaxtında yığılması, paylanması, saxlanması və sonradan istifadəsini təmin edir;
  • Bütün layihənin iştirakçılarına vaxtında zəruri məlumatların təqdim edilməsini əlaqələndirir.

Tələb olunan biliklər:

  • Ali təhsil (İdarəetmə, iqtisadiyyat, tətbiqi riyaziyyat, informasiya texnologiyaları, kompüter elmləri, mühəndislik və s. əlaqəli ixtisaslar üzrə);
  • IT layihələrinin idarəedilməsi sahəsində minimum 1 il iş təcrübəsi;
  • Layihə idarəetmə metodologiyaları (Agile, Scrum, Waterfall) üzrə biliklər;
  • Layihə idarəetmə alətlərindən (Jira, MS Project, MS Excel və sairə) yüksək səviyyədə istifadə edə bilmək;
  • Layihə planlaması, büdcə və resursların idarə edilməsi bacarığı;
  • Analitik düşüncə və problemlərin həlli bacarığı;
  • Prioritetlərin müəyyən olunması və digər sahələrdə çevik qərar verə bilmək qailiyyəti
  • Ünsiyyət bacarıqları və liderik qabiliyyətinin mövcudluğu
  • Komandada işləmək bacarığı və məsuliyyətlilik;
  • Layihələrin idarəedilməsi sahəsində sertifikatların olması üstünlükdür
  • Azərbaycan dili - səlis, ingilis – yaxşı; rus dili – arzuolunan;

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily105
  • Weekly242
  • Monthly245