İş rejimi: Tam ştat, 5 günlük iş rejimi (iş saatları: 09:00–18:00)
Namizədlərə dair tələblər:
- Ali təhsil;
- SMM sahəsində minimum 3 il iş təcrübəsi;
- Azərbaycan dilində səlis yazı və ünsiyyət bacarığı (rus,ingilis dili biliyi arzu olunandır.)
Vəzifə funksiyaları:
- Agentliyin rəsmi sosial şəbəkə hesabları üçün kontentin hazırlanması və idarə olunması;
- Foto və video çəkilişlərinin həyata keçirilməsi;
- Video materialların montajı və redaktə edilməsi;
- Sosial media paylaşımları üçün qrafik dizayn işlərinin hazırlanması;
- Sosial şəbəkələr üzrə kontent planının tərtib edilməsi və icrası;
- Sosial media hesablarının aktivliyinin və izləyici sayının artırılması;
- Paylaşımların effektivliyinin monitorinqi və hesabatların hazırlanması.
Texniki bacarıqlar:
- Sosial media platformalarının (Instagram, Facebook, LinkedIn) idarə olunması, paylaşımların planlaşdırılması və vaxtında yerləşdirilməsi;
- Sosial media üçün kontentin hazırlanması, post mətnlərinin yazılması və aylıq kontent planının tərtib edilməsi;
- Foto və video çəkilişlərinin həyata keçirilməsi, video materialların montajı və redaktə edilməsi;
- Video montaj proqramları (Adobe Premiere Pro, Final Cut, CapCut və digər analoji proqramlar) ilə işləmə bacarığı;
- Qrafik dizayn alətləri (Adobe Photoshop, Illustrator, Canva və s.) üzrə biliklər.
Digər bacarıqlar:
- Əməkdaşlıq;
- Məsuliyyətlilik, operativlik və komandada işləmək bacarığı;
- Kreativ düşüncə və kontent planlama bacarığı.
Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində “SMM mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.